Laçınlılar Mübariz MƏSİMOVUN MÜDAFİƏSİNƏ QALXDI— FOTO

Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı — FOTO

Dünya şöhrətli iş adamının Xosrov bəy və Sultan bəy Sultanov qardaşlarının hər birinin adını ayrı-ayrılıqda gəmilərinə verməsi onu erməni əks-təbliğatının hədəfi etdi...” 

Moderator.az redaksiyasına məşhur azərbaycanlı iş adamı Mübariz Mənsimova qarşı son günlər aparılan kampaniyanı qınayan müraciət daxil olub. “Laçın və laçınlılar” – “Facebook” qrupu adından Laçın elinin tanınmış ağsaqqal ziyalısı Qəzənfər Hüseynovun təqdim etdiyi müraciəti olduğu kimi nəzərinizə çatdırırıq: 

“Mübariz Mənsimov ölkəmizdən kənarda öz zəhməti ilə nəhəng bir şirkət qurub fəaliyyət göstərərək dövlətimizə və xalqımıza şərəf və hörmət gətirir. Mübariz Mənsimov - öz milli qeyrəti, səxavəti, xeyirxahlığı ilə daim seçilən, çoxlarına örnək sayılacaq bir həmvətənimizdir. Nəinki Azərbaycan, Türkiyə və yaxın regionda, artıq dünyada tanınan bu iş adamının milli təəssübkeşliyi və vətənə bağlılığı azərbaycanlı qanı olan hər kəsi sevindirməlidir… 

Bu günədək neçə imkansız ailəyə, Qarabağ qazisinə maddi və mənəvi dayaq durmuş, neçə tanınmış Azərbaycan ziyalı və sənətkarının ağır xəstəliklərdən müalicəsi üçün əlindən gələni əsirgəməmişdir 

Mübariz bəy… Onun xeyriyyəçi əməllərini sadalamaqla qurtarmaq olmaz... 

Mübariz Mənsimovun rəhbərlik etdiyi “Palmali” şirkətlər qrupunun sifarişiylə hazırlanmış gəmilərin əksəriyyəti Azərbaycanın, müsəlman, türk dünyasının məşhur şəxsiyyətlərinin, Milli və Xalq qəhrəmanlarının, işğal altındakı yurdlarımızın adını daşıyır… 

…2014-cü ildə “Laçın Və Laçınlılar” -“Facebook” qrupunun təşəbbüsü ilə Laçınlı ziyalılar Azərbaycan Xalq Cümhuriyyəti dönəmində ilk milli hərbi nazir və Qarabağın general- qubernatoru olmuş Xosrov bəy və Xalq qəhrəmanı Sultan bəy Sultanov qardaşlarının adlarının bir gəmiyə verilməsi üçün Mübariz bəyə müraciət etmişdi. Biz iki qəhrəmanın adının yalnız bir gəmiyə, özü də şirkətin problemlərinin çoxluğuyla əlaqədar xeyli gecikmə ilə veriləcəyini gözləyirdik… 

Lakin Mübariz Mənsimov qısa bir müddətdə, özü də gözləntimizin əksinə olaraq Sultanov qardaşlarının hər birinin adını ayrı-ayrı gəmilərə verərək onların xatirələrinin dünya durduqca yaşadılması üçün gözəl bir işə imza atdı. Bu gün Xosrov bəy Sultanov və Sultan bəy Sultanov qardaşlarının adlarını daşıyan gəmilərin dünya sularında üzməsi bizə fəxarət duyğusu yaşadır…

Çox təəssüf ki, korporativ və konyuktur maraqları çərşivəsindən kənara çıxa bilməyən, azərbaycanlıların birliyini istəməyən bəzi ünsürlər bir sıra KİV-də şər-böhtanlar yazmaqla dəyərli və milli qeyrətli iş adamının nüfuzuna zərbə vurmaq ustəyirlər. Təbii ki, bu cür qarayaxmalar Mübariz Mənsimovun nüfuzuna kölgə sala bilməz. Necə deyərlər, yel qayadan heç nə qoparmaz... 

Eyni zamanda onu da bildiririk ki, Sultanov qardaşlarının xatirəsi azərbaycanlıaır üçün nə qədər əzizdirsə, bədxah ermənilər üçün də bir o qədər arzuolunmazdır. Onların adlarını əbədiləşdirdiyinə görə M.Mənsimov həm də erməni əks-təbliğatının hədəfinə tuş gəlir. Odur ki, bu gün Mənsimovu şər-böhtanlara hədəf seçmək erməni dəyirmanına su tökmək kimidir.

Mübariz Mənsimov əsl Azərbaycan sevdalısıdır...

Biz, “Laçın və laçınlılar”- “Facebook” qrupunun üzvləri Mübariz Mənsimova qarşı aparılan qarayaxma kampaniyasını hiddətlə qınayır və öz vəfa borcumuza sədaqət nümayış etdirərək bəyan edirik ki, öz murdar əllərinizi xalqımızın ləyaqətli oğlu Mübariz bəydən çəkin!

Allah Mübariz bəyin malına bərəkət, özünə sağlamlıq və yeni uğurlar yetirsin!..”

Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı — FOTO

 

Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı — FOTO


Sultan Laçın






Fikirlər