GÖMRÜK KOMİTƏSİNİN 2 MÜAVİNİ VƏZİFƏSİNDƏN UZAQLAŞDIRILDI - Yerlərinə təyinat oldu

скачанные файлы

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavinləri Nazim Məmmədov və Şahin Bağırov vəzifələrindən azad olunublar.

“AzPolitika.info” xəbər verir ki, prezidentin digər sərəncamları ilə İqbal Babayev və Cavad Qasımov Dövlət Gömrük Komitəsinin sədr müavinləri təyin olunub.

Qeyd edək ki, bu təyinata qədər İqbal Babayev Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, Cavad Qasımov isə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsində çalışıblar.

Dövlət Gömrük Komitəsindən APA-ya bildirilib ki, Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinə Təmkin Xəlilov, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin isə Səməd Qaralov rəis təyin ediliblər.

1457691459_50863İşdən çıxarılan  gömrük general-leytenantı Şahin Bağırovla bağlı mətbuatda maraqlı məlumatlar yayılıb. Şahin Soltan oğlu Bağırov 12 yanvar 1965-ci ildə anadan olub. O, 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının Aqrar Sənaye Kompleks sistemində çalışıb.

1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlamış və Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb. Şahin Bağırov 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işi” fakültəsini bitirib və 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib. 2014-cü ilin yanvar ayından Aydın Əliyevin müavinidir.
Məlumatlarda bildirilir ki, Şahin Bağırov bəzi sahələri öz inhisarında saxlayıb. Məsələn, Gürcüstandan və digər xarici ölkələrdən gətirilən avtomobillər general-leytenantın icazəsi olmadan ölkəyə buraxıla bilməzdi.

nazimİşdən çıxarılan Dövlət Gömrük Komitəsinin digər sədr müavini, gömrük xidməti general-leytenant Nazim Məmmədov isə ixtisasva baytar olub. Nazim Məmmədov  1951-ci il oktyabrın 8-də Naxçıvan Muxtar Respublikası Ordubad şəhərində anadan olub. 1999-cu ildə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin hüquq fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlamışdır. 1976-cı-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda işləmişdir.

1995-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində çalışır. 2007-cı ilin dekabrından bu günə qədər  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində xidmət edib.

 

 
 






Fikirlər