JURNALİST övladları da TƏLƏBƏ adı QAZANDILAR...
Dövlət imtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbulun nəticələrini elan edib. Bundan əlavə, 61 abituriyent idman sahəsi üzrə, 5 abituriyent isə incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibi olduğu üçün bakalavriatura səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunub. Builki qəbul zamanı ali məktəb tələbəsi adı qazanmış gənclər arasında jurnalist övladları da var. Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin oğlu Murad ADA Universitetinin İnformasiya texnologiyaları fakültəsinə qəbul olunub. “Şərq” qəzetinin baş redaktor müavini Yusif Nəzərlinin oğlu Turan Dövlət İdarəçilik Akademiyasında dövlət və ictimai münasibətlər ixtisasına yiyələnəcək. “Miq.az” saytının rəhbəri Aqil Alışovun isə iki övladı tələbə adı qazanıb. Onun oğlu Elmin Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə, qızı Nərmin isə bu ali məktəbin Kimya fakültəsinə qəbul olunub. Müsavat Partiyasının üzvü, jurnalist Yadigar Sadıqovun oğlu da tələbə adını qazanıb. O, Bakı Mühəndislik Universitetinin İnformasiya Texnologiyaları fakultəsinə qəbul olunub. "Cümhuriyət" qəzetinin redakroru Elman Cəfərlinin qızın Çilənay II ixtisas qrupu üzrə 516 balla dövlət sifarişi əsasında Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və otelçilik (ingilis dilində) fakültəsinə daxil olub. Övladı tələbə olanlar arasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, jurnalist-politoloq Elxan Şahinoğlunun oğlu Şahin Quliyev də var. Şahin Dövlət İqtisad Universitetinin Dünya iqtisadiyyatı fakultəsinə daxil olub.
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, bu il ali təhsil müəssisələrinin müsabiqəsində 44772 abituriyent iştirak edib. Onlardan 39906 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11963 nəfər dövlət sifarişi əsasında, 27943 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Modern.az onların adlarının dəqiqləşdirməyə çalışıb.
“Xural.com” saytının baş redaktoru Əvəz Zeynallının qızı Selcan Bakı Mühəndislik Universitetinin fizika müəllimliyi ixtisasını qazanıb.
“Yeni zaman” və “Novaya Vremya” qəzetlərinin əməkdaşı Məzahir Məmmədlinin qız övladı Azərbaycan Dövlət İqtisad Universitetində statistika ixtisası üzrə təhsil alacaq.
Lent.az saytının redaktoru Kəmalə Quliyeva və müstəqil jurnalist Asəf Quliyev cütlüyünün oğlu İnqilab da valideynlərini sevindirən abituriyentlərdəndir. O, Azərbaycan Tibb Universiteinin Müalicə işi fakültəsinə qəbul olunub.
Jurnalist-yazar Rəbiqə Nazimqızının qız övladı Aynur ADA Universitetində beynəlxalq münasibətlər sahəsi üzrə ali təhsil alacaq.
“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmlinin qızı Şəbnəm Tibb Universitetinin Müalicə işi fakültəsinin tələbəsi olub.
“Kulis.az” saytının baş redaktoru Şərif Ağayarın qızı Azərbaycan Dillər Universitetinə qəbul olunub.
“Fed.az” saytının rəhbəri Əli Əhmədovun qızı Maya Əhmədzadə ADA Universitetində hüquqşünas olmaq üçün ali təhsil alacaq.
Daha bir jurnalist cütlük - İlqar Rəsul və Almaz Mahmud da tələbə valideyni olub. Onların oğlu Anar Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisasına qəbul olunub.
“Oxu.az” saytının parlament müxbiri Kamil Həmidovun qızı Məleykəxanım Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunub.
“Cümhuriyət” qəzeti və “Cebhe.info” saytının rəhbəri Rəfael Becanovun oğlu Cavid Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisasına yiyələnəcək.
"Milli.az" saytının redaktoru Elçin Alıoğlu da tələbə atası olub.
AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri Rauf Kəngərlinin oğlu İsmayıl Naxçıvan Dövlət Universitetinə qəbul olunub.
"Yeni Müsavat" qəzetinin əməkdaşı Elçin Xalidbəylinin oğlu Elvin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi olub. O, bu universitetdə marketinq üzrə ali təhsil alacaq.
Jurnalist Nəzirməmməd Zöhrablının oğlu Firdovsi isə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olunub.
Daha bir jurnalist ailəsi övladının uğuruna sevinib. Qalib Toğrul və Güldəstə Nəsibovanın oğlu Toğrul Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsininin tələbəsi olub.
"Yeni Azərbaycan" qəzetinin keçmiş baş redaktoru Alqış Həsənoğlunun qızı Səadət Musayeva yüksək balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi adını qazanıb.