“Prezidentin tapşırığı ilə həmin məsələni HƏLL ETDİK!"

Картинки по запросу cavid qurbanov 2018

“Ağdaşdan Qəbələyə çəkiləcək dəmir yolu xətti üçün hazırlıq işləri davam etdirilir. Artıq rayonundakı Ləki stansiyasından dönməklə Qəbələyə əkiləcək dəmir yolu xətti üçün 20 km-lik torpaq yataq hazırdır”.

 "AzerTaym.az"-ın məlumatlna görə,bu barədə jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.

 C.Qurbanov bildirib ki, ərazinin çətin relyefə malik olduğunu bildirib:

 “Hazırda Zaqatala və Balakəndən çınqıl daşımaqla yeni yol yatağının hazırlanması ilə məşğuluq. Bir neçə ay oradakı qoruqla bağlı problemimiz olub. Ancaq prezidentin tapşırığı ilə həmin məsələni həll etdik.

 O, yolun maliyyəsi ayrılıb və tikintisi davam etdirilir. Turist axınının artmasını nəzərə alaraq biz gələn il çalışacağıq ki, Bakıdan turistləri Qəbələyə qatarla aparaq. Buna görə, əlavə yeni 11 elektrik qatarı, 3 dizel qatarının alınması vacibdir. İnvestisiya qoyuluşlarında bu məsələnin nəzərə alınması üçün çalışacağıq".






Fikirlər