ÜLVİ QULİYEVlə bağlı İLGİNC iddialar... - SƏN DEMƏ...

Ülvi Quliyevlə bağlı ilginc iddialar...

Deputat Ülvi Quliyevin dostu, Avropa mühacir müxalifətinin fəallarından biri olan Laçın Məmişovla hazırkı əlaqələri araşdırılır.

Bu barədə MilliYol-a məlumat verən mənbə bildirib ki, Ülvi Quliyevlə Laçın Məmişovun arasındakı əlaqələr depuatatın hakimiyyət komandası yanında daha da gözdən düşməsinə səbəb olub.

Milli Məclisin biznesmen deputatlarından olan Ülvi Quliyevin adı daha əvvələr də mediada bir sıra qalmaqallarda, o cümlədən ölkədən qanunsuz yolla kürü çıxarımaqda, psixotrop dərman vasitələrinin qanunsuz satışında hallanıb. Xatırladaq ki, Ülvi Quliyevin Bakıda apteklər və restoranlar şəbəkəsi fəaliyyət göstərdiyi yazılır. O, həmçinin Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının (AKFA) prezidentidir.

Milli Məclisin deputatı Ülvi Quliyev barədə daxil olan son məlumatda bildirilir ki, Avropadakı Azərbaycan siyasi mühacirlər arasında özünəməxsusluğu ilə seçilən və radikal müxalifət nümayəndələrindən biri hesab olunan Laçın Məmişovla isti münasibətlər mövcuddur.

Mənbə bildirib ki, Laçın Məmişov 2000-ci illərin əvvələrində Ülvi Quliyevin yaxın ərtafında yer alıb. Laçın Məmişov, həmçinin Ülvi Quliyevin bəzi biznes layihələrində də iştirak edib. Ülvi Quliyev 2005-ci ildə 21 saylı Nəsimi birinci seçki dairəsindən namizədliyini irəli sürərkən onun seçki qərargahının ən aktiv üzvlərindən biri, bəlkə də birincisi Laçın Məmişov olub.

Başqa bir mənbədən əldə etdiyimiz məlumata görə isə Laçın Məmişov 2005-ci ildə Ülvi Quliyevin seçkiqabağı təbliğatı ilə məşğul olmur, həm də seçicilərlə görüşlərində cangüdənliyini edirmiş. Ülvi Quliyevin deputat seçildiyi elan olunduqda isə Laçın Məmişov öz FB səhifəsində Ülvi Quliyevin seçildiyini vurğulayaraq, "dəfələrlə "Allaha şükürlər olsun…” postunu paylaşıb.

Daha sonra isə Laçın Məmişov bilinməyən səbəblər üzündən Azərbaycanı tərk edib və siyasi sığınacaq alaraq İsveçrənin Bern şəhərində məskunlaşıb. Hazırda o, Azərbaycan hakimiyyətinin Avropadkı ən radikal müxaliflərindən biri hesab olunur. İsverçərinin de-fakto paytaxtı olan Bern şəhərində Laçın Məmişov kiçik telestudiya quraraq Azərbaycan əleyhinə filmlər çəkir, youtube.com şəbəkəsi vasitəsilə verilişlər yayımlayır. Onun Avropadakı mühacirlərlə bağlı filmi və digər filmləri xeyli vəsait hesabına başa gəlib.

Laçın Məmişov həm də digər mühacirlərdən fərqli olaraq Avropada komfort həyat sürür. Onun belə komfort həyatının, çəkdiyi filmlərinin maliyyə qaynağının Ülvi Quliyevə bağlı olduğu ehtimal edilir.

P.S. Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq. 






Fikirlər