Azərbaycanda Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı NAZİRDƏN AÇIQLAMA
Azərbaycan Rusiya tərəfindən ölkədə Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı irəli sürülən təklifi nəzərdən keçirir. "AzerTaym.az" bildirir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Energetika naziri Pərviz Şahbazov deyib.
Nazirin sözlərinə görə, Rusiya bu sahədə böyük təcrübəyə malikdir və bu ölkənin dünya üzrə bir çox analoji layihələri var: "Bizə də təklif olunub və Azərbaycan bu təklifi nəzərdən keçirir. Amma konkret bir şey demək hələ tezdir".