Prezident sabiq nazirləri SƏRT TƏNQİD etdi - Video

Prezident sabiq nazirləri sərt tənqid etdi

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib.

"AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, dövlət başçısı çıxışında aparılan islahatlardan söz açıb.

Prezident əvvəllər Vergilər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində biabırçı vəziyyətin olduğunu, islahatlardan sonra problemlərin aradan qaldırıldığını qeyd edib:

"Hesab olunurdu ki, bizdə elə sahələr var ki, orada islahatlar aparıla bilməz. Onlardan biri də vergi sistemidir. Hesab olunurdu ki, necə deyərlər, o biabırçı vəziyyət əbədi qalmalıdır və burada heç bir irəliləyişə nail ola bilmərik. Amma hər kəs gördü ki, biz vəziyyəti islahatlar yolu ilə düzəldə bildik. Büdcəyə 100 milyonlarla manat vəsait daxil olub, digər sahələrdə də həmçinin. Sosial müdafiə sahəsində nə qədər pozuntular olub. Yeni nazir Sahil Babayev bunları üzə çıxardı və çox ciddi islahatlar aparır".

Qeyd edək ki, aparılan islahatlardan sonra Fazil Məmmədovun yerinə Mikayıl Cabbarov Vergilər naziri, Səlim Müslovun yerinə isə Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunub.

 






Fikirlər