İcra başçısı ilk iş günü 15 il yevlaxlıların üzünə bağlı olan yolu AÇDI...
Yevlax şəhərinə təyinat alan yeni icra başçısı Anar Tağıyevin verdiyi ilk qərar yerli sakinlər tərəfindən təqdir olunur. "AzerTaym.az" bildirir ki,yerli sakinlərin modern.az-a verdiyi məlumata görə, Yevlax şəhərinə təyin edilən icra hakimiyyətinin başçısı Anar Tağıyev yeni işinə başladığı ilk gün uzun illərdir ki, bağlı qalan avtomobil yolunu açıb. Yeni icra başçısının ilk tapşırığı şəhər İcra Hakimiyyəti binasının qarşısından keçən avtomobil yolunun açılması olub. Artıq yol açılaraq sakinlərin istifadəsinə verilib. Həmin yolda avtomobillərin hərəkəti bərpa edilib.
Qeyd edək ki, Heydər Əliyev prospektindən keçən yol şəhərin köhnə rəhbər şəxsləri tərəfindən 15 ildən çoxdur ki, bağlı idi.