ƏBÜLFƏS QARAYEV DTX-nın ƏMƏLİYYATINDAN DANIŞDI - “Tutulanlar var...”

Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri olduğu nazirlikdə keçirdiyi əməliyyatdan danışıb.

Gununsesi.org-a danışan nazir bir dövlət orqanının başqa bir qurumda əməliyyat keçirdiyini deyib: 

“Mən indidən geniş nəsə söyləyə bilmərəm. Əməliyyat olub, tutulanlar var. Yəqin ki, hər şey aydınlaşacaq. Biz hüquqi dövlətdə yaşayırıq, əgər neqativ nəsə varsa, ona da hüquqi qiymət veriləcək”.






Fikirlər