İlham Əliyev daha bir səfiri geri çağırdı – YENİ TƏYİNAT

İlham Əliyev daha bir səfiri geri çağırdı – YENİ TƏYİNAT

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

 "AzerTaym.az" bildirir ki, sərəncamla Dursun Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezidentin digər sərəncamı ilə Faiq Maqbet oğlu Quliyev Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. F. Quliyev bu vaxta qədər Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini olub.






Fikirlər