Azərbaycanın Türkiyədəki keçmiş səfiri DİPLOMATİYADAN GEDİR...

Sentyabrın 12-də pezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Faiq Bağırov Azərbaycan Respublikasının Türkiyə və eyni zamanda Makedoniyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Onun diplomatiya sahəsindən həmişəlik uzalaşacağı barədə söz-söhbət yayılıb.
Modern.az saytı keçmiş səfir Faiq Bağırovla əlaqə saxlayaraq bundan sonrakı planları barədə məlumat almağa çalışıb. Eks-səfirin cavabı isə qısa olub.

Yeni iş və plan barədə nəsə danışmaq mənim üçün çox tezdir. Bu haqda daha sonra danışarıq”.

“Faiq Bağırovu yenidən diplomatik sahədə görə biləcəyikmi” sualına  keçmiş səfirin reaksiyası belə olub.
“Təşəkkür edirəm. Çox sağ olun!”.

 Qeyd edək ki, Faiq Nüsrət oğlu Bağırov 2010-cu ildə Azərbaycanın Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bundan əvvəl isə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrini icra edib.  






Fikirlər