"ON onbeş GÜNƏ ....” - Əli Həsənovdan BARƏSİNDƏ CİNAYƏT işi açılmasına REAKSİYA...

“On beş günə Azərbaycana qayıdacağam” – Əli Həsənovdan barəsində cinayət işi açılmasına REAKSİYA

Mövcud cinayət işi ilə bağlı prokurorluq orqanlarının təqsirləndirilən şəxs kimi mənimlə maraqlanmaları və hansısa axtarış tədbirləri həyata keçirmələri haqqımda yayılan məlumatların heç bir əsası yoxdur”

KONKRET.az xəbər verir ki, bunu Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov haqqında cinayət işinin açıldığı barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

“Mən hazırda Türkiyədə müalicədəyəm və yəqin ki, hər şey yaxşı keçsə, on-on beş günə Azərbaycana qayıdacağam”,- deyə Əli Həsənov sosial şəbəkədəki açıqlamasına əlavə edib.

Xatırladaq ki, bu gün sosial şəbəkə resurslarında KİVDF-dəki qanunsuzluqlar və jurnalistlərə mənzillərin paylanılması ilə bağlı başlanan cinayət işinə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun təqsirləndirilən şəxs kimi cəlb edilməsi haqda məlumat yayılıb.

İddia olunub ki, Ə.Həsənovun Türkiyədə müalicə aldığı xəstəxana ilə əlaqə saxlanılıb və onun səhhətinin təyyarəyə minməyə imkan verib-vermədiyi öyrənilib.

Ə.Həsənova deyilib ki, yaxın müddət də geri dönməsə, haqqında beynəlxalq axtarış elan ediləcək və qolu qandallı Azərbaycana gətiriləcək”.






Fikirlər