Demokrat Partiyasının nəzarətində olan ABŞ Nümayəndələr Palatası yeni prezident Demokrat Co Baydenin andiçmə mərasimindən bir həftə əvvəl səs çoxluğu ilə hazırkı Respublikaçı dövlət başçısı Donald Trampın impiçmentinə səs verib.
Qaynarinfo xəbər verir ki, "The Bell”ə görə, ABŞ Nümayəndələr Palatasının lazımi 218 səsə qarşı 221 üzvü Trampın impiçmentinə səs verib.
Qərar iğtişaşlar və Trampın tərəfdarları tərəfindən Kapitoliyə basqınlar fonunda qəbul edilib. İğtişaşlara hazırkı dövlət başçısının sosial şəbəkələrdə seçki nəticələrini yenidən nəzərdən keçirmək çağırışlarının səbəb olduğu düşünülür. İmpiçment qərarı "üsyana təhrik" ittihamını ehtiva edir.
Respublikaçının impiçmenti hələ Senat tərəfindən təsdiqlənməyib, lakin səsvermə yanvarın 19-dan əvvəl keçirilə bilər.
Xatırladaq ki, 2019-cu ilin dekabrında da Konqres Trampa impiçment elan etsə də, 2020-ci ilin fevralında Senat üzvləri buna qarşı səs vermişdi.
Fikirlər