Həbsdə olan sabiq millət vəkili koronavirusa YOLUXDU: Vəziyyəti AĞIRDIR
Həbsdə olan sabiq millət vəkili Rafael Cəbrayılov koronavirusa yoluxub. Yenicag.az-ın əldə etdiyi məlumata görə, COVID-19-a yoluxan Raəfael Cəbrayılov öncə qapalı tipli xəstəxanaya, daha sonra isə özəl xəstəxanalardan birinə köçürülüb. Həkimlər sabiq deputatın durumunu stabil-ağır olaraq dəyərləndirirlər. Xatırladaq ki, Rafael Cəbrayılovun çoxsaylı dələduzluq əməlləri törətməklə insanlara külli miqdarda ziyan vurduğu müəyyən edilərək Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.