Ölkənin xəritəsi və Kərəm Həsənovla bağlı daha bir şok

 

bitmap-img6


Kərəm Həsənov 20 milyonluq tenderi cəmi bir-iki ay əvvəl qeydə alınan bir təşkilata niyə həvalə edib?

 

 
Eldar Mahmudovla  Əmlak Komitəsi arasında işbirliyinin daha bir detalı. Verilən məlumata görə bu prosesə Eldar Mahmudov müdaxilə edib və bu dolaşıq tender əməliyyatından faiz götürüb.
Bu ilin aprel ayında Dövlət Əmlak Komitəsində baş verməsi gözlənilən bir əməliyyat haqqında yazmışdıq. Söhbət ölkənin 53 rayonunun kadastr xəritəsinin çəkilməsindən gedirdi. O zaman bildirmişdik ki, Kərəm Həsənov hansısa şübhəli səbəblər üzündən bu əməliyyatı Türkiyədə dələduzluğa görə etibardan düşmüş, hətta Türkiyə Xəritəçilər Cəmiyyətinin xüsusi qərarı ilə etibarsız elan edilən bir şirkətə həvalə etmək istəyir. Aprelin 13-də "Azadlıq”da dərc edilən bu yazıdan iki gün sonra həmin əməliyyat üzrə tender ləğv edildi.
Çünki, əməliyyatın çirkli tərəfi ifşa edilmişdi. Amma sən demə, bu proses qanunsuzluğu aradan qaldırmaq, gözlənilən bir şübhəli əməliyyatdan tamamilə imtina deyilmiş. Sonradan xəbər tutduq ki, Kərəm Həsənov bu əməliyyatı, əslində, təxirə salıb. Təxirə salıblar ki, geri çəkilib yenidən gəlsinlər.
Bu dəfə həmin tender ictimaiyyətə faktiki olaraq məlumat verilmədən keçirilib və qalib elan edilib. Bu "qalib” yenə də Türkiyənin "Mapkis İmar Anonim Şirkəti”dir. Bu əməliyyat niyə diqqətimizi çəkdi?
Ona görə ki, həmin bu "Mapkis”in bu cür tenderlərə qatılmaq üçün kompetensiyası olmayıb. Tender haqqında qanunun məntiqinə və elə həmin Əmlak Komitəsinin özünün tender şərtlərinin məcmusuna görə tenderə qatılan şirkətin ən azı 2 illik fəaliyyəti olmalı, elan edilən işlə bağlı yetərincə təcrübəsini sübut edən təcrübi keçmişi olmalıdır. Amma "Mapkis” də bunların heç biri olmayıb. "Mapkis”in qurulma tarixi Kərəm Həsənovun onu tenderin qalibi elan etdiyi zamandan cəmi…1 il əvvələ aiddir. "Türkiyə Ticarət Sicili” qəzetinin (rəsmi qeydiyyat jurnalında)) 18 aprel 2014-cü il tarixli sayında, 868- ci səhifədə göstərilir ki, "Mapkis” aprel ayının 12-də rəsmi qeydiyyata alınıb. Bu müddət ərzində isə bu şirkət xəritəçəkmə sahəsində heç bir konkret fəaliyyətə və təcrübəyə malik olmayıb. 
Əsas məsələlərdən biri də budur ki, həmin bu "Mapkis” dələduzluğa görə Türkiyə Məhkəməsindən və Türkiyə Xəritəçilər Cəmiyyətindən cəza alan "Kutlubey Haritacılık” şirkətinin törəmə müəssisəsi kimi bir şeydir. Amma təcrübəsi olmayan, şübhəli doğum şəhadətnaməsinə, ondan daha şübhəli keçmişə malik olan bu şirkətlə Kərəm Həsənovu nələr bağlayır ki, hətta az qala, xidməti karyerasını da zərbə altında qoyub. 20 milyonluq tenderi cəmi bir-iki ay əvvəl qeydə alınan bir təşkilata həvalə edir? Hansı risqlə? Axı, ölkənin kadastr xəritəsinin çəkilməsi çox məsuliyyətli və dəqiqlik tələb edən bir işdir!
Bizim əvvəllər də şübhələrimiz vardı. Amma əvvəlki şübhələri indi gerçəyə çevirmək olur. Əvvəllər də bizə məluat vermişdilər ki, bu prosesə Eldar Mahmudov müdaxilə edib və bu dolaşıq tender əməliyyatından faiz götürüb. Əvvəllər də inana bilmirdik. Ona görə yox ki, Eldar Mahmudov nəhəng bir oliqarx olaraq buradakı 2-3 milyona tamah sala bilərdi…Bu, zatən təəccüblü olmazdı. Əvvəllər Kərəm Həsənovla sabiq MTN şefinin bu qədər yaxınlığını təsdiq edən məlumatlar ölkə mətbuatına çıxmamışdı. (Azadliq.info)

 






Fikirlər