“Axı, deyəsən, Laçın yolunun hayklar üçün bağlı qalması Putinə sərf edir?..”

“Axı, deyəsən, Laçın yolunun hayklar üçün bağlı qalması Putinə sərf edir?..”

Odur ki, istər Şuşa-Xankəndi-Xocalı yolundakı etiraz aksiyasının dinc iştirakçıları, istərsə də Azərbaycan Silahlı Qüvvələrinın mənsubları maksimum ayıq-sayıq olmalı və gözlənilən hər cür təxribatdan çəkinməlidirlər...”
 
Ad - 00:29

 

"Rusiya diktatoru yaxşı bilir ki, Azərbaycan istəsə, bundan sonra günlərlə, həftələrlə Şuşa-Xankəndi yolundakı aksiyanı davam etdirə bilər..."
 
Azərbaycan ekoloqları və ictimai fəallarının Laçın-Şuşa-Xocalı-Ağdam yolundakı məlum aksiyası artıq 4-cü gündür ki, davam edir. Lakin maraqlıdır ki, Azərbaycan hökumətinin rəsmi nümayəndələri bundan öncə Şuşa yaxınlığındakı həmin məkanda cəmi bir neçə saat dayandıqdan sonra hadisə yerinə gələn “sülhməramlı” komandanı Volkov bu dəfə nədənsə çox ləngiyir... Axı məsələ çox sadədir. General etirazçıların hüzuruna gəlib deyə bilər ki, xahiş edirik, yoldan çəkilin, Rusiya hərbçiləri də yolu açsın,  biz bir daha Azərbaycanın monitorinq qrupunun Qarabağdakı mədənlərdə iş aparmasını təmin etməyə çalışacaq, əlimizdən gələni edəcəyik... Ancaq Volkov görünmür... Deməli, yuxarıdan, yəni Putin tərəfindən göstəriş yoxdur... Bəs Putin niyə belə edir? Sözsüz ki, Rusiya lideri Azərbaycanın məlum qızıl, mis yataqları ilə bağlı tələblərinin yerinə yetirilməsinə şərait yaratmaq istəmir. Amma Putin onu da yaxşı bilir ki, Azərbaycan istəsə, bundan sonra günlərlə, həftələrlə Şuşa-Xankəndi yolundakı aksiyanı davam etdirə bilər. Və heç beynəlxalq mandatı olmayan, Azərbaycan parlamentinin də qərarı olmadan, sadəcə, 44 günlük savaş zamanı yaranmış kritik situasiyaya uyğun olaraq torpaqlarımızda müvəqqəti(!) yerləşdirilmiş Rusiya hərbçiləri dinc azərbaycanlılara qarşı zor tətbiq etmək iqtidarında deyil. Birincisi, onların buna nə hüquqi, nə mənəvi haqqı var. İkincisi də, Kreml artıq Ukraynada abırı ətəyinə bükülmüş Rusiya hərbçilərinin bu dəfə də Azərbaycan ordusu qarşısında diz çökməsinə şərait yaratmaq istəmir... Hələ Türkiyə amilini dilə gətirmirik... Fəqət, o var ki, aksiya məkanında sakitlik olsa da, zaman keçdikcə digər istiqamətlərdə vəziyyət gərginləşir, Qarabağdakı qanunsuz erməni silahlı terrorçu birləşmələri, həmçinin Ermənistan ordusu tərəfindən, təxribatların, yəni atəşkəs pozulmalarının sayı artır... Eyni zamanda Xankəndindəki separatçılar Ermənistana  və dünyaya car çəkir ki, “azərbaycanlılar bizim yolumuzu bağlı saxladığından humanitar böhran başlamamaqdadır”. “Azərbaycan Qarabağdakı ermənilərə qarşı soyqırım törədir” Və s. və i.a. Başqa bir məsələ ondan ibarətdir ki, Ermənistanda bir tərəfdən “Laçın yolunun açılmasını təmin etmədiyi üçün” anti-Rusiya meyilləri güclənir, amma digər tərəfdən  əsasən terrorçu eks-prezidentlər Serjik Sərkisyan və Robert Köçəryanın ətrafında birləşən Rusiyayönlü müxalifət vasitəsilə “Artsaxın təhlükəsizliyini təmin edə bilməyən” Paşinyan hakimiyyətinə qarşı nifrət dalğaları körüklənir...
 
Beləliklə, burada Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, qızıl, mis, molibden  və s. qiymətli və nadir metal yataqlarının da olduğu və "sülhməramlı"ların nəzarətində qalan hissələrinin birbaşa Azərbaycan dövlətinin yurisdiksiyasına verilməsi ilə qətiyyən razılaşmayan Putinə sərf edən ən azı iki məqam var; birincisi, “sülhməramlı”lara “buynuz göstərən” Azərbaycan Qərbin, Avropa və ABŞ-ın təzyiqləri ilə, ikincisi də  Paşinyan isə müxalifətin təzyiqləri ilə üz-üzə qalır... Ancaq bəlkə də Rusiya diktatoruna sərf edən üçüncü,  dördüncü və beşinci məqamlar da var. Üçüncüsü, Putin ehtimal edir ki, belə təzyiqlər nəticəsində Ermənistandakı mövcud Qərbyönümlü sayılan hakimiyyət 10 noyabr bəyanatına uyğun olaraq məhz Rusiya “FSB”-nin sərhəd qoşunlarının nəzarəti altında  Zəngəzur yolunun açılmasına razılıq verə bilər. Dördüncüsü, Kreml rəhbəri gözləyir ki, Laçın yoluyla bağlı gərginlik sonda Azərbaycan və Ermənistanı yenidən nisbətən genişmiqyaslı hərbi, silahlı qarşıdurmaya sürükləyəcək və Paşinyanın KTMT-dən, demək olar ki, imtina etməsini əsas götürən Rusiya Ermənistana dəstək verməyəcək və nəticədə Azərbaycan ordusu hərbi yolla Zəngəzur dəhlizinin açılmasına nail olacaq... Zəngəzur dəhlizi isə Azərbaycana, Türkiyəyə, Türk dünyasına gərək olduğu kimi, Ukraynada qısqaca sıxılmış Rusiyaya da Yaxın Şərqə, xüsusən də Suriyaya çıxış üçün hava-su kimi lazımdır...
Və nəhayət, beşincisi,  sadalananlar baş tutmasa belə, Putin hesab edir ki, Laçın yolunun bağlanması xüsusən Qarabağ ermənilərində Azərbaycana qarşı nifrət potensialını daha da gücləndirir, eləcə də onlara "Azərbaycan bizə qarşı soyqrıma hazırlaşır" bəhanəsi verir.  Bunlar isə  Moskva üçün hayklara Xankəndindəki Arutyunyanlar, Vardanyanlar, eləcə də Ermənistandakı "5-ci kalon" vasitəsilə "Qarabağ, Şuşa, Hadrut uğrunda mübarizəni sıfırdan başlatmaq" imkanı vermək, yəni bölgədə sonu bilinməyən gərginlik, "münaqişə", "partizan savaşı" şansı yaradır və beləliklə, Rusiya "sülhməramlı"larının Azərbaycan torpaqlarında müddətsiz qalmaq şəraitini formalaşdırır...
 
Bütün bu deyilənləri nəzərə alaraq istər Şuşadakı etiraz aksiyasının dinc iştirakçıları, istər aksiya məkanı ətrafında, istərsə də Qarabağdakı təmas xətti və Ermənistanla sərhəddəki Azərbaycan Silahlı Qüvvələrinın mənsubları maksimum ayıq-sayıq olmalı və gözlənilən hər cür təxribatdan çəkinməlidir...
 
Sultan Laçın  






Fikirlər