Zelenskinin Ofisi Moskva və Sankt-Peterburqa zərbələr barədə XƏBƏRDARLIQ etdi...
"Ukrayna Rusiyaya zərbələr endirmir, amma..."
"Rusiya Federasiyasında müharibənin daxili eskalasıyası qaçılmazdır və müxtəlif hədəflərə zərbələr endiriləcək..."
"Rəsmən təsdiq edirəm: incə, tənbəl, başqa gerçəklikdə yaşayan Moskva, Sankt-Peterburq, Yekaterinburq şəhərləri zərbələrə məruz qalacaq..."
Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak müsahibələrinin birində bəyan edib ki, Moskva, Sankt-Peterburq və Yekaterinburq şəhərlərinə zərbələr endiriləcək.
Bu barədə Ukrayna Prezidenti Ofisinin saytı məlumat yayıb.
"Rəsmən təsdiq edirəm ki, Rusiya Federasiyasında müharibənin daxili eskalasiyası qaçılmazdır və müxtəlif hədəflərə zərbələr endiriləcək", - o, deyib.
"Bunun niyə, kim tərəfindən və nəyə görə ediləcəyini biz müzakirə edə bilmərik, bizim açıq informasiya qıtlığımız var", - Podolyak əlavə edib və vurğulayıb ki, Ukrayna Rusiyaya zərbələr endirmir.
"Bununla yanaşı, Rusiyanın daxili bazarında müharibənin eskalasiyası qaçılmaz olacaq və incə, tənbəl, başqa gerçəklikdə yaşayan Moskva, Sankt-Peterburq, Yekaterinburq şəhərləri zərbələrə məruz qalacaq", - müşavir davam edib.
Onun sözlərinə görə, eskalasiya Rusiya Federasiyasının daxili problemidir. /Moderator.az