“İsa Qəmbər övladından mənəvi cəhətdən imtina etməlidir” - Tahir Kərimli
“Rayonlarda tədbirlərdə olmuşam, ona görə İsa Qəmbərin oğlunun qondarma erməni soyqırımı ilə bağlı paylaşımına reaksiya verməmişəm". Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli deyib. O əlavə edib: "Bunu eşidəndə, sözün düzü, inanmadım. Hər halda İlkin Qəmbər öz atasını düşünməli idi. Başa düşə bilmirəm. İstənilən halda, böyük xələldir. Çox təəssüfedici haldır, narahatlıq hissi keçirirəm. Bu, İsa Qəmbərin hakimiyyətə mənəvi iddiasının belə üstündən xətt çəkir. Oğlu erməniləri dəstəkləyəndə İsa Qəmbəri kim müdafiə edər? Gərək, İsa Qəmbər heç olmasa oğlunun addımını kəskin pisləyərdi”. Deputat qeyd edib: “Mənim övladım bu cür hərəkət etsə, o övladdan imtina edərəm. Çünki vətəndən əziz heç nə ola bilməz. Millət və vətən hər şeydən birincidir. Buna görədə çağırıram ki, İsa Qəmbər başdansovudu yox, kəskin şəkildə bu halı pisləyib, övladından mənəvi cəhətdən imtina etməlidir. Bildirməlidir ki, onun öz yolu belə deyil. Mən şəxsən bu cür düşünürəm. Təəssüf edirəm”.