Mehriban Vəliyeva vəzifəsindən azad edildi ...
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva vəzifəsindən azad edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.
Daha bir əmrlə M.Vəliyeva Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavini vəzifəsinə təyin olunub.
Hələlik keçmiş idarə müdirinin yerinə təyinat olmayıb.
Qeyd edək ki, bu yaxınlarda nazirliyin keçmiş şöbə müdiri Eşqi Bağırov Agentliyin direktoru vəzifəsinə təyinat alıb.
Xatırladaq ki, Mehriban Vəliyeva müvafiq əmrlə 2020-ci il 11 dekabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilmişdi.
Qeyd edək ki, bu barədə ilk xəbəri news24.az saytı yayıb.