Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyinat olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyinat olubTəhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, Məhəbbət Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsinə təyin edilib. Bu barədə APA-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Qeyd edək ki, bu təyinata qədər M. Vəliyeva BŞTİ-nin müdir müavini vəzifəsində çalışıb.
 
Təhsil nazirinin digər əmrləri ilə Rəşad Tağıyev BŞTİ-nin müdir müavini vəzifəsinə, İlhamə Abdullayeva BŞTİ-nin İnformasiya təminatı sektorunun müdiri vəzifəsinə, Raman Məmmədov BŞTİ-nin İnsan resursları sektorunun müdiri vəzifəsinə təyin olunublar.






Fikirlər