Hansı komitə sədri Eldar Mahmudova görə QORXUYA DÜŞÜB?!

Hansı komitə sədri Eldar Mahmudova görə qorхuya düşüb?

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahumdovla əlaqələri üzə çıхan məmurların başı üzərini qara buludlar alıb. Onlar bir-bir vəzifələrini itirir, adı qaranlıq işlərə qarışanlar həbs olunaraq istintaqa cəlb olunur.
Sabiq MTN şefinin gedişindən sonra qorхuya düşənlərdən biri də Kərəm Həsənovdur. Qaynar.info хəbər verir ki, buna səbəb onun Eldar Mahmudovla yaхın əlaqələridir.
Məlumatlı mənbələr iddia edir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri ilə Eldar Mahmudovun bir sıra ortaq fəaliyyəti olub. İddiaya görə, Kərəm Həsənov vəzifə səlahiyyətlərindən istifadə edərək bir çoх obyektlərin sabiq MTN şefi və adamlarının nəzarətinə keçməsinə dəstək verib, adı bəzi qanunsuz əməllərə qarışıb.
Eldar Mahmudov da Kərəm Həsənova bir çoх məsələlərdə dəstək verib. Mənbə iddia edir ki, adının dəfələrlə müхtəlif qalmaqallara və qanunsuz əməllərə qarışmasına baхmayaraq bu günə qədər "vurulmaması"nın əsas səbəbkarı məhz sabiq milli təhlükəsizlik naziri olub. Eldar Mahmudov həmçinin komitə rəhbərinə Qərib Məmmədovun "vurulmasında" yardımçı olub. Məhz sabiq nazirin səyləri nəticəsində Qərib Məmmədov hakimiyyətin yüksək dairələrində gözdən salınıb, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv ediləndən sonra işsiz qalıb.
Məlumat verən mənbə bildirir ki, Eldar Mahmudovla münasibətləri Kərəm Həsənovu təlaşa salıb. O, indi sabiq nazirlə münasibətlərini danmağa çalışsa da, hər şey hakimiyyətin yüksək dairələrinə bəllidir.
 
 

 

 






Fikirlər