“Kamikadze” zərbəsi: Süleymani "ssenari"si təkrarlandı - FOTO

Livanın paytaxtı Beyrutun cənubundakı Əl Zahiyyə şəhərinə dron hücumu nəticəsində HƏMAS-ın yüksək rütbəli rəsmisi də daxil olmaqla 4 nəfər həlak olub.

Milli.Az "Al Jazeera"ya istinadən bildirir ki, kamikadze PUA-nın zərbəsi nəticəsində həlak olanlar arasında Qəzzadakı HƏMAS hərəkatının hərbi qolu olan "İzəddin əl Qəssam dəstələri"nin banilərindən və rəhbərlərindən biri Salehz əl Əruri də var.

Hazırda HƏMAS-ın siyasi ofisinin direktor müavini vəzifəsini də icra edən əl Əruri sabah Livan "Hizbullah"ının baş katibi Həsən Nəsrullahla görüşü planlaşdırılmışdı.

Saleh əl Əruri bir müddət öncə İranın dini rəhbəri Xameneyi ilə görüşmüşdü.

İsrailin baş naziri Benyamin Netanyahunun müşaviri Mark Reqev MSNBC telekanalına verdiyi açıqlamada Beyruta hücumla əlaqəli olmadıqlarını deyiblər: "Beyrutdakı terrorp aktına görə məsuliyyəti boynumuza almırıq. Lakin onu da deməliyik ki, bu hücum nə Livan hökumətinə qarşı, nə də Livandakı "Hizbullah"a qarşı olmayıb".

Netanyahu hazırda Beyrutda Saleh əl Ərurinin öldürülməsindən sonra İsrailin kəşfiyyat və əks-kəşfiyyyat strukturları olan MOSSAD və "Şin Bet"in rəhbərləri ilə görüşür.

Xatırladaq ki, İrandakı "İslam İnqilabı Keşikçiləri Korpusu"nun "Əl Qüds" dəstələrinin komandiri, general Qasım Suleymani dörd il əvvəl, Bağdadda yanvarın 2-dən 3-nə keçən gecə öldürülmüşdü.

Milli.Az

Məqaləyə dair fotomateriallar:






Fikirlər