RUSİYANIN HƏRBİ TƏYYARƏSİ YERƏ ÇIRPILIB - 63 nəfərin öldüyü bildirilir (VİDEO)

 

Rusiyanın İl-76 hərbi nəqliyyat təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb və ya vurulub.

"AzPolitika.info" xəbər verir ki, Rusiya KİV-ləri təyyarənin qəzaya uğradığını bildirsələr də, qəza anının videogörüntülərindən belə görünür ki, təyyarə alov içində yerə çırpılır. Bu isə təyyarənin Ukrayna qüvvələri tərəfindən vurulduğu ehtimalını gücləndirir.

"Koroçansk rayonunda insident baş verib. Hazırda Fövqəladə Hallar Nazirliyinin istintaq qrupu və əməkdaşları hadisə yerində işləyir. İş qrafikimi dəyişib əraziyə gedirəm. Bütün təfərrüatlar barədə daha sonra məlumat verəcəm ", - deyə Belqorod vilayətinin qubernatoru Qladkov "Telegram" kanalında yazıb.

 

 

Rusiyanın “112” teleqram kanalının məlumatına görə, "qəzaya uğrayan" “İl-76” hərbi nəqliyyat təyyarəsində 63 nəfər olub. Onların hamısının həlak olduğu bildirilib.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, İl-76 təyyarəsinin göyərtəsində Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi, təyyarənin 6 ekipaj üzvü və onları müşayiət edən 3 nəfər olub.






Fikirlər