Türkiyə təyyarəsinin Qırğız Respublikasının paytaxtı Bişkekdə qəzaya uğraması nəticəsində ölənlərin sayı 35 nəfər çatıb.
“Report” AKİpress-ə istinadən xəbər verir ki, bunu Qırğız Respublikasının fövqəladə hallar naziri Kutabek Boronov bildirib.
Ölkənin Nəqliyyat Nazirliyi qəzaya uğrayan yük təyyarəsinin mərkəzi ofisi İstanbulda yerləşən “ACT” Hava Yolları yükddaşıma şirkətinə aid olduğu bəyan edilib.
Qırğız Respublikası baş nazirinin müavini Muhambetkalıy Abulkaziyevin sözlərinə görə, təyyarə Honk-Konq-Bişkek-İstanbul reysi üzrə uçurmuş.
-“Türk Hava Yolları”na məxsus yük təyyarəsinin Qırğızıstanda qəzaya uğraması nəticəsində 32 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə Qırğızıstan baş nazirinin müavini Muhammedkalıy Abulqazıyev bildirib. Ölənlərdən 4 nəfər ekipaj üzvüdür. Onların kimliyi müəyyənləşdirilib. 28 nəfərinsə yerli sakin olduğunu bildirilir.
Qırğızıstanda təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 30-u keçib.APA-nın məlumatına görə, Qırğızıstan Səhiyyə Nazirliyindən RİA “Novosti” agentliyinə bildirilib ki, hadisə yerindən 8 nəfər xəstəxanaya aparılıb. Onlardan 6-sı uşaqdır. Nazirlikdən onu da bildiriblər ki, ölən və xəsarət alanların sayı barədə açıqlanan rəqəm son deyil, dəyişə bilər.
“Türk Hava Yolları” aviaşirkətinə məxsus “Boeing 747” yük təyyarəsi bu gün səhər Honkonq-Bişkek reysini yerinə yetirərkən qəzaya uğrayıb. Qırğızıstan FHN-in məlumatına görə, təyyarə Bişkek aeroportu yaxınlığında bağ evləri yerləşən qəsəbədə qəzaya düşüb.
Ölənlər arasında yerli sakinlər və ekipaj üzvləri var.
Qırğızıstanın paytaxtı Bişkək yaxınlığında Türkiyənin “Türk Hava Yolları” (“Turkish Airlines”) aviaşirkətinə məxsus yük təyyarəsinin qəzaya uğraması nəticəsində azı 16 nəfər ölüb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, qəza təyyarə eniş edərkən baş berib.
İlkin məlumata əsasən, təyyarə Bişkək yaxınlığındakı qəsəbənin ərazisinə düşüb. “Boeing 747” təyyarəsinin Honkonq-Bişkək marşrutu üzrə uçduğu bildirilir.
Qırğızıstanın paytaxtı Bişkək yaxınlığında Türkiyənin “Türk Hava Yolları” (“Turkish Airlines”) aviaşirkətinə məxsus yük təyyarəsi qəzaya uğrayıb
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Manas” hava limanının mətbuat xidməti məlumat verib.
Təyyarənin göyərtəsində olanların taleyi barədə hələ ki, məlumat yoxdur. İlkin məlumata əsasən, təyyarə Bişkək yaxınlığındakı qəsəbənin ərazisinə düşüb. Hadisə yerində yanğın başlayıb. Qeyri-sabit hava şəraitin qəzaya səbəb olduğu ehtimal edilir.