"Abid Şərifov hazırda kabinetindədir..." - Əli Həsənovdan baş nazirin müavininin səhhəti haqda açıqlama
"Azərbaycan baş nazirinin müavini Abid Şərifov hazırda iş kabinetindədir".
Bunu report.az-a açıqlamasında baş nazirin müavini Əli Həsənov deyib. O, hazırda A.Şərifovun fəaliyyətini davam etdirdiyini vurğulayıb.
Qeyd edək ki, mətbuatda A.Şərifovun səhhətinin qaydasında olmadığı barədə məlumatlar yer alıb.