Tibb Universitetinin YENI REKTORU KIM OLACAQ?! - Şanslı namizədlərin adı açıqlandı

Milli Məclisə keçirilən son seçkidə deputat seçilən Əhliman Əmiraslanovun Tibb Universitetinin rektoru vəzifəsindən azad olunmasından sonra adıçəkilən təhsil ocağının rektoru olmaq istəyənlərin sayı artıb.

 "AzerTaym.az" xəbər verir ki,bu barədə verilən məlumata görə, son həftələr Əhliman Əmiraslanovdan boşalan rektor vəzifəsinə bir neçə şanslı namizədin adı önə çıxmağa başlayıb:

"Sizə onu deyə bilərəm ki, rektorluğa namizədlər arasında respublikanın nüfuzlu səhiyyə-tibb müəssisələrində vəzifə tutan qadın alim-həkimlərin adları hallanıb. Lakin sonradan hansısas səbəblərdən onlar bu iddiadan geri çəkiliblər. Bundan sonra Tibb Universitetinin yeni prorektoru Əziz Əliyev, tibb elmləri doktoru, tanınmış ginekoloq Şahbaz Şahbazov, 1-ci prorektor, hazırda rektor vəzifəsini icra edən Sabir Əliyevin adları yeni rektor postuna daha güclü ehtimalla hallanmağa başlayıb. Digər iki namizəd – Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadovla Ə.F.Qarayev adına 2 saylı Uşaq Xəstəxanasının baş həkimi Azər Xudiyevin adları da rektor postuna hallansa da, onların şansı yuxarıda adları çəkilən 3 namizədlə müqayisədə o qədər də yüksək sayılmır”. 

Onu da xatırladaq ki, Azər Xudiyev AzTV-nin keçmiş rəhbəri Nizami Xadıyevin qardaşıdır. Namizədlər arasında adları yeni olan Əziz Əliyevi və Şahbaz Şahbazovu da iqtidar komandasının yuxarı təbəqəsində yaxşı tanıyırlar. Əziz Əliyev Milli Onkologiya Mərkəzinin  baş direktoru Cəmil Əliyevin oğlu, Şahbaz Şahbazov isə mərhum Heydər Əliyevin kiçik qardaşı, görkəmli alim Aqil Əliyevin ən sevimli tələbəsi olub... 

Adı çəkilənlərdən kimin rektor təyin ediləcəyi isə, şübhəsiz ki, ölkə prezidentinin səlahiiyətindədir. Elə buna görə də Tibb Universitetinin müəllimləri də prezidentin bu namizədlərdən kimin üzərində dayanacağını maraqla gözləyirlər...

 






Fikirlər