“KAPİTALl BANK”ın RƏHBƏRLİYİNDƏ istefa
Bir qədər əvvəl “Kapital Bank”ın baş ofisində bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.
Fins.az-ın məlumatına görə, iclasda bankın Müşahidə Şurasının (MŞ) üzvü (həm də Transformasiya Komitəsinin üzvü) Cavid Quliyevin işdən azad olunmaq barədə ərizəsinə baxılıb və o, MŞ-nın tərkibindən kənarlaşdırılıb. Amma onun yerinə təyinat olmayıb.
Xatırladaq ki, “Kapital Bank”ın səhmlərinin 99,86%-i “PAŞA Holdinq”ə məxsusdur.
Bankın MŞ-na Cəlal Qasımov rəhbərlik edir.
(Azərtaym.az)