Müsavatın QURULTAYI LEGİTİM sayıldı

 

1411999346_isaarifBinəqədi Məhkəməsi Müsavat Partiyasının sonuncu qurultayının nəticələrinin etibarsız sayılması barədə iddianı təmin etməyib.
Məhkəmə fevralın 15-də qəbul etdiyi qərarında qurultayın nəticələrinin partiyanın nizamnaməsinə uyğun olmadığını iddia edən bir qrup müsavatçının arqumentlərini əsassız hesab edib.
Qurultaydan narazı qalan şəxslər APA-ya məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini deyiblər.
Müsavat partiyasının son qurultayı ötən ilin sentyabrında keçirilmişdi. Arif Hacılının partiya başqanı seçildiyi qurultaydan narazı qalanlar məhkəməyə müraciət etmişdilər.






Fikirlər