Fevralın 21-də müxalifətin böyük bir hissəsi böhranla əlaqədar yenidən toplaşacaq.
Musavat.com xəbər verir ki, tədbir saat 14.00-da ADP-nin qərargahında keçiriləcək.
Toplantıda müxalifət partiyalarının sədrləri və rəhbərlikdə təmsil olunan siyasilər, tanınmış ekspertlər, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti təmsilçiləri, bir sıra qeyri-hökumət təşkilatları rəhbərləri iştirak edəcəklər. Ölkədəki iqtisadi və siyasi böhranla bağlı son durum, həmçinin ictimai siyasi vəziyyət müzakirə ediləcək.
Qeyd edək ki, müxalifət partiyalarının bir hissəsi yanvarın 24-dən antiböhran tədbirləri keçirərək ölkənin böhranlı vəziyyətini müzakirə etməkdədir. Artıq bu mövzuda bir neçə tədbir keçirilib. Müzakirələr mətbuata qapalıdır. Toplantılarda səslənən fikirlər və təkliflərin hələ müzakirəsi gedir. Bununla bağlı yaradılan İşçi Qrupun çoxsaylı təklifləri müzakirə edərək sonunda hökumətə göndərməsi gözlənilir. Antiböhran kooalisiyasının sonuncu toplantısında ölkədə böhran masalarının yaradılması qərara alınıb.