Sərdar Həmidov dəfn edildi - FOTO VİDEO

 

  

Tərtər rayonunun sabiq icra başçısı, Tərtər özünümüdafiə batalyonunun komandiri olmuş Sərdar Həmidov  dünən qoruduğu Tərtər rayonunda dəfn edilib.


 AzerTaym.az Etatist.com -a istinadən xəbər verir ki, onun dəfn mərasimində qardaşı, sabiq daxili işlər naziri İsgəndər Həmidov, Qarabağ müharibəsi iştirakçıları - döyüşçülər, yaxınları iştirak edib.

Xatırladaq ki, ötən gün Sərdar Həmidovun halı qəfil pisləşib və 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Axşam saatlarında isə dünyasını dəyişib.

Sərdar Həmidov müharibə illərində bir çox güllə və qəlpə yarası alıb. Uzun müddət idi ki, səhhətində problemlər var idi.

Xatırladaq ki, 1992-1994-cü illərdə Tərtər rayonunun icra başçısı olmuş Sərdar Həmidovun xidmətləri nəticəsində Tərtər rayonu ərazisini tam şəkildə müdafiə edən, həmçinin düşmən işğalından azad edə bilən yeganə bölgədir. Bundan başqa Ağdərə rayonunun düşməndən azad edilməsi prosesində, döyüşlərin taktikasının hazırlanması və hərbi əməliyyatların aparılmasındakı xidmətlərindən dolayı Azərbaycanın o zamankı prezidenti Əbülfəz Elçibəy tərəfindən Sərdar Həmidova Fəxri Fərman verilmişdi.

Allah rəhmət eləsin!

 

 






Fikirlər