Türkiyə-Gürcüstan sərhədində qalmaqal - Azərbaycana GƏLƏN TÜRK TIR-larının yolu bağlandı

Türkiyə-Gürcüstan sərhədində qalmaqal - Azərbaycana gələn türk TIR-larının yolu bağlandı

Türkiyə ilə Gürcüstanı birləşdirən Sarp sərhəd keçid məntəqəsi türk sürücülər tərəfindən bağlanıb. 

Avropa.info xəbər verir ki, Gürcüstan tərəfinin sərhədi Türkiyədən gələn TIR-ların üzünə bağlaması nəqliyyat şirkətlərinin narazılığına səbəb olub. 
Türkiyənin bir sıra nəqliyyat şirkətlərinin nümayəndələri və sürücülər də Gürcüstanın bu addımına etiraz etmək məqsədilə Türkiyə tərəfindən yolu bağlayıblar. 
Gürcüstan hökumətinin son bir neçə ayda türk nəqliyyat şirkətlərinə qarşı yürütdüyü prosedurlar nəqliyyat sektorunun qəzəbinə tuş gəlib. 
Aylarla gömrükdə gözlədilən, ticarət məhsullarına zərər verilən və ağır cərimələrə məruz qalan  nəqliyyat sektorunun nümayəndələri Hopa Ticarət Palatası və Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin (UND) rəhbərliyi ilə Sarp sərhəd keçid məntəqəsində toplanaraq aksiya keçiriblər. 
Nəqliyyat sektorunun nümayəndələri TIR-lar vasitəsilə keçid məntəqəsinin darvazasının Türkiyə və Gürcüstan tərəfini bağlayıb. Aksiya nəticəsində keçid məntəqəsinin hər iki tərəfində tıxac meydana gəlib. 
Xatırladaq ki, ötən ilin noyabrında Orta Asiya respublikalarına yük daşıyan Türkiyə TIR-larının Rusiyadan keçməsi əngəllənəndən sonra Prezident İlham Əliyev ölkənin gömrük xidmətinə bu TIR-ların Azərbaycan üzərindən maneəsiz keçidinə şərait yaratmaq üçün təlimat verib. 
Bundan sonra Rusiyadan keçib Orta Asiya respublikalarına yük daşıyan Türkiyə nömrə nişanlı TIR-lar Xəzər dəhlizindən istifadə edir.
 






Fikirlər