“Sərdar Həmidovun evini yaran şərəfsizin qanında erməni qatışığı var”

 

“Sərdar Həmidovun evini oğurlamaq bütün tərtərlilərin evini talan etməkdir. Oğurluğu kim edibsə,  o adam Sərdar Həmidovu istəməyən şəxs olub . O, həqiqətən Milli Qəhrəmandır və qəhrəman doğulub”.

Bu sözləri Modern. az saytına açıqlamasında Milli Qəhrəman Maşallah Abdullayev deyib.

Sərdar Həmidovun yaxın dostu və silahdaşı olmuş Maşallah Abdullayev Sərdar Həmidovun evini oğurlayan insanın Tərtərdən ola biləcəyinə inanmır:

“Bu oğurluğu edən insan kimdirsə, o, çox insafsız insandır. Tərtərdə mən inanmıram ki, kimsə belə addım atsın. Ola bilsin ki, evi oğurlayan başqa regiondan olub. Əslində Sərdar Həmidovu istəməmək mümkün deyil. Sərdar o cür vətənpərvərliklə vətəni qorudu.  Tərtərlilər Sərdar Həmidovu çox sevir”.

“Bu oğurluğu edən ermənidir, düşmən mövqeyində olan adamdır. Qanı türk qanı olan kəs Sərdar Həmidovun evinə girib oğurluq etməz”-deyə Milli Qəhrəman əlavə edib.

Maşallah Abdullayev bu işlə əlaqədar olaraq Tərtər polisi ilə əlaqə saxlayacağını söyləyib :

“Biz də təbii ki, həmin oğrunun və caninin tapılmasında öz köməkliyimizi göstərməliyik. Mən açığını deyim ki, Sərdar Həmidovun evinə oğru girməsini sizdən eşidirəm. Mən özüm şəxsən bu işlə məşğul olacam.

Tərtər rayon Polis Şöbəsinin rəhbərliyi ilə şəxsən əlaqə saxlayacam. Biz o oğrunu tapıb kimliyini müəyyən etməliyik. Millətini, vətənini sevən şəxs bu hərəkəti etməz. O kimdirsə qansız və qanında erməni qatışığı olan kəsdir”.

Qeyd edək ki, keçmiş Tərtər Özünümüdafiə Batalyonunun sabiq komandanı, Tərtər rayonunun keçmiş icra başçısı mərhum Sərdar Həmidovun Tərtərdəki evi 1 həftə öncə qarət olunub.






Fikirlər