Nazir Azad Rəhimov Tanınmış BOKSÇULARLA SAĞLIQ DEDİ – VİDEO
Bakıda keçirilən Ümumdünya Boks Şurasının (WBC) 55-ci konvensiyasına həsr olunmuş ziyafət təşkil olunub.
Oxu.Az xəbər verir ki, ziyafət zamanı gənclər və idman naziri Azad Rəhimovun boksçularla səmimi münasibəti diqqətə çəkib.
Belə ki, nazir tanınmış boksçu, Kiyevin meri Vitali Kliçko və WBC-nin prezidenti Maurisio Süleymanla şam edib. A. Rəhimov onlara sağlıq deyərək, badələri qaldırıb.