Azərbaycanın İRİ investisiya şirkətinin rəhbəri dəyişdi

investorMənsur Məmmədov “PAŞA Kapital” investisiya şirkətinin direktoru təyin edilib. O, bu vəzifədə Ceyhun Hacıyevi əvəz edib.

Əvvəllər Mansur Məmmədov Bakı Fond Birjasında ticarət departamentinin rəisi, Müşahidə Şurasının üzvü və “Caspian Financial” MMC-nin direktoru vəzifələrində işləyib.

Xatırladaq ki, bu ilin Yanvar ayında “PAŞA Kapital” MMC təşkilati-hüquqi formasını dəyişərək “PAŞA Kapital İnvestisiya şirkəti” QSC-yə çevirilib.

“PAŞA Kapital” “PAŞA Holdinq”in strukturuna daxildir və Azərbaycanda aparıcı investisiya şirkətlərindən biridir. Şirkət maliyyə məsləhətləşmələri, broker, diler və anderraytinq xidmətləri göstərir






Fikirlər