Abel Məhərrəmovun oğlu SƏFİR oldu...
Prezident İlham Əliyev Anar Məhərrəmovun Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Musavat.com sərəncamla Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Dövlət başçısının digər sərəncamıyla A.Məhərrəmova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.
Qeyd edək ki, bu təyinatadak Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin rəis müavini vəzifəsində çalışan Anar Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun oğludur.