“MAHMUDOVUN XÜSUSİ ÇEVRİLİŞ PLANI VAR İDİ” – Şok açıqlamalar
Pərviz Həşimli: “Eldar Mahmudov dövlət çevrilişi şousu düzəldib rəqiblərini sıradan çıxarmaq istəyirdi” “Mənə Fikrət Yusifov nümunəsini göstərdilər, dedilər ki, o, bizimlə razılaşıb Fərhad Əliyevin, Əli İnsanovun üzünə durdu” Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun şərləyərək həbs etdirdiyi keçmiş siyasi məhbus, jurnalist Pərviz Həşimli “Yeni Müsavat” qəzetinə müsahibə verib. Həmkarımızdan öncə həbsdə olduğu zaman soruşulub: bir jurnalisti neçə il yazmağa qoymayıblar? -2013-cü ilin sentyabrın 17-də həbs olundum. 2 il 6 ay həbsxanada oldum. Həbsimin ilk 8 ayını MTN-in təcridxanasında keçirdim. -Məhkəmə zamanı təcridxanadakı günlərinizi həbsinizin ən ağır dönəmi adlandırmışdınız. -Konkret nələr edilirdi?
-O detallara qayıdacağıq. Amma mən sizin həbsinizin ilk günündən müzakirə olunan bir məsələ barədə soruşmaq istəyirəm. Azərbaycan mətbuatında sizin qədər, eləcə də sizdən daha kəskin yazan jurnalistlər var, hökumətə qarşı kəskin mübarizə aparan siyasətçilər var. Onların arasında həbs olunanlar da var, azadlıqda qalanlar da. Hər zaman bu sual müzakirə olunurdu ki, niyə görə məhz Pərviz Həşimliyə qarşı misli görünməmiş bir əməliyyat keçirildi? Başına torba keçirilərək, evinə silahlı, maskalı adamlar göndərilərək, uşağının başına tapança dirəyərək… Bu aqressiyanın masştabı sizin timsalınızda niyə bu qədər böyük oldu? Pərviz Həşimli niyə MTN üçün bu qədər təhlükəli idi? Siz onları bu cür aqressivləşdirəcək qədər nə etmişdiz? -Nəzərə alaq ki, məni həbs edən hansısa bir polis şöbəsi, polis orqanı deyildi. Məni həbs edən MTN-in rəhbərliyində olan həmin o cinayətkar qrup idi. Məni həbs etməkdə məqsəd 2011-2012-ci illərdə həm öz imzam, həm başqa imzalarla “Azadlıq”, “Bizim yol” qəzetlərində dərc olunan məqalələrin qisasını almaq idi. Onların əksəriyyəti riskli olduğuna görə öz imzamı qoymamışdım. Çünki bilirsiniz ki, bu günə qədər Azərbaycanda baş vermiş bütün səs-küylü cinayətlərin arxasında bu gün ifşa olunan o cinayətkar dəstə dayanıb. Həmin dəstə məndən qisas aldı. Həbs olunduğum gecə həmin yazıları MTN rəhbərliyinin masasının üstündə gördüm. -Konkret hansı yazılar idi? Xatırlayırsızmı? -Pərviz bəy, sizdə daha çox MTN-lə bağlı məlumatların olmasının özəl səbəbi var idimi? Araşdırmalarınız həmin yöndə daha çoxluq təşkil edirdi? - Amma sizi hansısa bir qrupun adamı, kompromat savaşının bir iştirakçısı kimi hədəfə almışdılar… -Onlar məni həbs edəndən sonra xüsusi planı var idi. Həm yazıların qisasını məndən almaq istəyirdilər, həm də Eldar Mahmudovun xüsusi dövlət çevrilişi planı var idi. Həmin planda məqsəd Eldar Mahmudovun neçə illərdən bəri mübarizə apardığı bəzi vəzifəli şəxsləri sıradan çıxarmaq idi. Mənim müxalifyönlü olmağım, eyni zamanda onların əlinə imkan verdi ki, həmin vəzifəli şəxsləri Əli Kərimli ilə əlaqələndirsinlər. - Amma ittiham tamam fərqli maddələr üzrə irəli sürüldü. Siz Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olundunuz… – İttihamda silahların sayının çox olması işin ağırlığına və yüngllüyünə hər hansı təsir göstərmirdi. Sadəcə silahların sayının çoxluğu guya ki, dövlət çevrilişi cəhdinə don geyindirmək məqsədi güdürdü. Guya ki, bu silahlar həmin vəzifəli şəxslər tərəfindən alınıb və qarşıda növbəti bir ssenari həyata keçirmək istəyirdilər. -Bununla paralel həbsinizin ilk günlərində sizi ələ alma xətti aparılırdı. Daha doğrusu, sizi pulla ələ almaq üçün cəhdlər var idi. O barədə bir az danışa bilərik? -Mənə həbsimin ilk günündə 1 milyon manat pul təklif olundu. Onunla paralel ittiham olunduğum maddələri, Cinayət Məcəlləsini çıxarıb ortaya qoydular. Dedilər ki, bu maddələrə əsasən, səni uzun illər həbsxana həyatı və ya bu pulu alıb, insanların üzünə durmaq, ölkəni tərk etmək gözləyir. İki variantdan birini seçməyimi təklif etdilər. Hətta mənə Fikrət Yusifov nümunəsini göstərdilər. Dedilər ki, “bu adam nazir işləyib. Biz orda xeyli müddət danışdıq və mən israrla razılaşmadım. Mənə də açıq şəkildə bildirmişdilər ki, sənin işini vaxtilə MTN-də işləmiş, hazırda Ağır Cinayətlərə dair İşlər Üzrə Məhkəmədə hakim olmuş Novruz Kərimov aparacaq. Bu gün həbsdə olan Elçin Quliyev mənə məhz belə demişdi: “Səni Qaradağın daş karxanalarının tozunda boğacam, yayın istisində də onun odunda yandıracam”. Həqiqətən də sözlərini tutdular. Məni ora göndərdilər, işimə də həmin hakim baxdı. Mən bir məsələni xüsusi vurğulayım ki, Eldar Mahmudovun özü və dəstəsi ifşa olunsa da, onun başqa strukturlardakı şəbəkəsi qalmaqdadır. Xüsusən də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimov. Bu adam MTN-də müstəntiq işlədiyi vaxt “Talışo Sədo” qəzetinin rəhbəri Novruzəli Məmmədova xüsusi işgəncələr verməklə tanınıb. Mən Bakı Ağır Cinayətlər Məhkəməsində günahsızlığımı tam sübuta yetirdim. Ancaq hakim həmin dəstənin sifarişi ilə mənə ən ağır cəzanı təyin etdi. Onun barəmdə qanunsuz hökm çıxarması cinayət qanunvericiliyinə görə barəsində ciddi cəzanı müəyyən edir. -Sizin üzünüzə duran şəxsin – Təvəkkül Qurbanovun taleyi necə oldu? Siz əfvlə çıxdınız, bəs o? -Onun cəza müddəti sizinkindən çox idi? -O residivist – təkrar cinayət törətmiş şəxs idi. Ona 8.5 il cəza təyin etmişdilər. Hələ 6 ili içəridə qalması nəzərdə tutulub. -Bayaq da dedim. Sizi misli görünməmiş bir qəddarlıqla, ailənizi də bu prosesin içinə qataraq həbs etdilər. Elə təkcə evinizdəki əməliyyatı yada salmaq bəs edir. Ailə üzvlərinizdə bütün bunların izi çoxmu dərin kök salıb? -MTN-in evdə keçirdiyi əməliyyat zamanı həyat yoldaşım hamilə idi və bətnindəki körpəsini itirdi. 5 yaşlı övladım Zeynəb isə ciddi qorxu, stress və psixoloji gərginlik keçirmişdi. Buna görə dəfələrlə həkim müayinəsində olmuşdu. Bunu mən çox sonralar bildim. Hətta məni həbs edəndən 2 ay sonra yenidən evə maskalılar gəlmişdi. Biz daha öncə həyət evində yaşayırdıq. Amma hadisə baş verəndən sonra, o yaşananların stresindən ailəm bina evinə köçdü. Maskalılar həmin evə gəlib, qapını döymüş, ailə üzvlərimi bir daha qorxutmuşdular. - Həmin ərəfədə istintaq sizdən istədiyini ala bilmirdi? - Səhv etmirəmsə, bu psixoloji basqılara görə içəridə bir dəfə də intihara cəhd etmişdiz. -Bəli. Elçin Quliyevin otağında idim. Masanın üzərindəki qayçını götürüb özümə xəsarət yetirmək istəmişdim ki, bəlkə məndən əl çəkələr. İlqar Əliyev də otaqda idi. Amma ordakı işçilər həmin anda buna imkan vermədilər, qarşısını aldılar. -Sizi sındırma cəhdləri MTN-dən çıxandan sonra da davam etdi? -Təbii ki. Mən ordan Bakı İstintaq Təcridxanasına köçürülən zaman məni karserə saldırdılar. Oranın rəisi Azər Seyidov açıq şəkildə bildirdi: “Mənə tapşırıq var, sən cərimə təcridxanasında qalmalısan”. Həmin dövrdə vəkilim vasitəsilə müsahibə verib həmin şəxsləri ittiham etdiyim üçün bu formada cəzalandırılmışdım. O müsahibə yayımlanandan sonra məni karserə saldılar. Bir dəfə kamerada Cinayət Prosessual Məcəlləsini oxuyurdum. Həmin vaxt İlqar Əliyev kameraya girdi. Kitabı əlimdə görən kimi aldı və dedi ki, bu kitab səni xilas etməyəcək. Elçin Quliyevlə İlqar Əliyev açıq şəkildə deyirdilər ki, səni şərləmişik.(ardı var)
-Səmimi şəkildə bildirmək istəyirəm ki, MTN təcridxanasında mənə təyin olunan 8 ay o 8 illik cəzadan daha ağır, əzabverici olub. Çox ağır şəraitdə saxlanmışam. İlkin dövrlərə işgəncələrə məruz qalırdım. Tək özüm yox, ailə üzvlərimə qarşı repressiyalar edilirdi.
-Mənim atam 22 il məktəb direktoru olub. Atamı işdən azad etdirdilər. Qardaşımın Gəncədə iaşə obyekti var idi. Onu həbs olunduğum gecə yerlə yeksan etdirdilər. Yaxınlarıma qarşı təzyiqlər olmuşdu. Amnesty İnternational təşkilatına təşəkkür edirəm ki, onların müdaxiləsindən sonra mənə qarşı işgəncələr qismən azaldıldı. Səfirliklərin məni işgəncələrdən qorumaqda çox ciddi səyləri oldu. Mənim həyat prinsiplərimdə yıxılana balta vurmaq yoxdur. Ancaq mən Eldar Mahmudovun ən qüdrətli vaxtlarında, onun kəsdiyi başa sorğu-sual olmadığı dönəmdə açıq tekstlə bildirirdim ki, MTN-də milli maraqlarımıza, dövlətçiliyimizə zidd fəaliyyət göstərən mütəşəkkil cinayətkar qruplar var. Və mən hazırda həbsdə olan MTN polkovniklərinin adlarını həmin vaxt çəkinmədən açıqlayırdım. 2015-ci ildə mənim o söylədiklərim özünü təsdiqlədi.
-Birini deyim. “Azadlıq” qəzetində dərc olunmuşdu. “Antiterror, yoxsa terror mərkəzi”. Daha bir yazı isə “Bizim Yol” qəzetində dərc olunmuşdu. “Sahibkar Eldar Mahmudovdan yardım istəyir”. Həmin yazıda MTN-in Qaradağ rayon şöbəsi rəhbərliyinin bir nəfər iş adamından rüşvət istəməsi qeyd olunmuşdu. MTN Gəncədə bir əməliyyat keçirmiş, həmin əməliyyatda bir MTN-çinin öldürülməsi barədə başqa bir yazım da vardı.
-Mənim bütün sahələrdə yazılarım olub. Amma daha çox siyasətdən yazmışam. Mənim kifayət qədər geniş əlaqələrim var idi. Daxili İşlər Nazirliyində də, prokurorluq orqanlarında da, MTN-in içində də mənbələrim olub. Maraqlı məlumatlar gəldikcə də onları ictimailəşdirməyə çalışırdım.
Təəssüflər olsun ki, Eldar Mahmudov o qədər cəsarət sahibi olmuşdu ki, artıq ölkə başçısına yalan məlumatlar vermək səviyyəsinə çatmışdı. O zaman ölkə rəhbərliyini mənim həbsimin zəruriliyinə inandıra bilmişdi. Ölkə başçısına yalançı raportlar yazıb ki, guya mən hakimiyyətdəki vəzifəli şəxslərlə müxalifət arasında körpü rolunu oynayıram. Ancaq bunların heç biri sübut olunmadı.
O, bizimlə razılaşıb Fərhad Əliyevin, Əli İnsanovun üzünə durdu. Sən də bizimlə razılaş. Ondan artıq deyilsən ki? Sənə uzaqbaşı 6 ay, 1 il “satqın” deyəcəklər. Ondan sonra isə hər şey unudulacaq, sənin həyatın daha asan və gözəl olacaq”. Amma mən heç vaxt razılaşmadım. Hətta buna görə mənə irəli sürülən ittihamlara adekvat olmayan, ən yuxarı cəzanı verdilər – 8 il həbs. 2015-ci ilin dekabr ayında özünü saxlandığı kamerada asdığı bildirilən İlqar Əliyev (Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəis müaviniŞ polkovnik İlqar Əliyevi nəzərdə tutur -red.) polkovnik İlqar Əliyev Kürdəxanıdakı istintaq təcridxanasında yanıma gəldi. Həmin dövrdə əfvə 15 gün qalmışdı. Azər Seyidovun iş otağında görüşdük. İlqar Əliyev məndən soruşdu ki, bu yeni ili öz evində keçirmək istəyirsənsə, gəl köhnə söhbəti davam etdirək, sən evinə çıx get.
-Təvəkkül Qurbanovu MTN-in Gəncə şöbəsində Elşən Məmmədov adlı şəxs “verbovka” eləmişdi. Elşən Məmmədov eyni zamanda Gəncə tərəfdə tanınan bir biznesmendir, ona və qardaşlarına məxsus şadlıq sarayları var. Təvəkkülün yoldaşı orda mühasib işləyib. Bakı Apelyasiya Məhkəməsində mənim Təvəkküllə bir neçə dəqiqə danışmaq imkanım oldu. Bildirdi ki, MTN-dən ona söz veriblər ki, Pərviz Həşimli siyasi məhbusdur, tezliklə azadlığa qovuşacaq. O çıxan kimi sən də çıxacaqsan. Ancaq həmin dəstə artıq dağılıb, bilirsiz. Ona görə də Təvəkkül Qurbanov hələ uzun müddət həbsdə qalacaq.
– Bəli. Məqsədləri məni sındırmaq idi. İstəklərini həyata keçirmək istəyirdilər. Bayaq dedim, onların planı vardı və məni kimlərinsə üzünə qoymaq istəyirdilər.