11.03.2014. - VƏLİ KÜÇÜK də AZADLIQDA!

11.03.2014. - VƏLİ KÜÇÜK də AZADLIQDA!Türkiyə Ağır Cəza Məhkəməsinin qərarı ilə “Ergenekon” iddiası ilə həbs edilmiş təqaüddə olan general, Türkiyə Jandarmasının keçmiş komandiri, Dünya Azərbaycanlıları Konqresinin (DAK) keçmiş həmsədri Vəli Kiçik həbsdən azad edilib.


Ötən gün Vəli Kiçik azadlığa buraxılmadığı üçün məhkəməyə etiraz etsə də, etirazı rədd edilmişdi.

Qeyd edək ki, əslən Azərbaycanın Naxçıvan bölgəsindən olan general-mayor Vəli Kiçik 2008-ci ildə tutulub. Erməni əsilli Türkiyə jürnalisti Hrant Dinkin öldürülməsindən sonra onun vəkilləri Vəli Kiçikin Hrant Dinkə zəng edərək onu hədələdiyini iddia etmişdi. Daha sonra bir tədbirdə qətlin iştirakçılarından olan Yasin Hayalla Vəli Kiçiyin yanaşı addımladığı şəkil ortaya çıxdı. Ən sonra prokurorluq general-mayor Vəli Kiçiki “Ergenekon” iddiası ilə həbs etdi.






Fikirlər