11.03.2014. - Ərdoğan daha bir generalı həbsdən buraxdı
AzerTaym.az saytı bildirir ki, bu xəbəri Türkiyənin "Anadolu" agentliyi yayıb.
Xəbərdə deyilir ki, Ağır Cinayətlər üzrə 21-ci İstanbul Məhkəməsi həbs edilmiş general Xurşit Tolonu azad etmək barədə qərar çıxarıb. İstanbul məhkəməsi dövlət çevrilişinə cəhddə ittiham olunan 13 məhkumu dünən - martın 10-da azadlığa buraxıb. Onlar arasında vəkil Kamal Kerinçsiz, jurnalist Tuncay Özkan, hərbçilər, yazıçı və publisistlər olub.
Yada salaq ki, martın 7-də İstanbulun Ağır Cinayətlərə dair Məhkəməsi hərbi çevrilişlə bağlı cinayət işi üzrə ömürlük həbs cəzasına məhkum edilən Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi general İlkər Başbuğu azad edib. Məhkəmə 2006-ci ildə Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar "Ergenekon" təşkilatını terror təşkilatı kimi tanıyıb.