10.01.2014 - Dörd nazirin həbsinə dair təqdimat parlamentdə gizlədilir

10.01.2014  -  Dörd nazirin həbsinə dair təqdimat parlamentdə gizlədilirTürkiyədə müxalifət prokurorun göndərdiyi təqdimatı axtarır

Türkiyədə üç keçmiş nazirin millət vəkili kimi toxunulmazlıqlarının qaldırılması və həbsinə icazə verilməsinə dair prokurorluğun parlamentə göndərdiyi təqdimat gizlədilib.

AzerTaym.az saytı Türkiyənin“Taraf” qəzetinə istinadən xəbər verir ki, İstanbul prokurorluğu tərəfindən aparılan cinayət işi çərçivəsində oğlanları həbs edilən və bu üzdən istefaya göndərilən keçmiş nazirlər Muammer Gülər, Zəfər Çağlayan və Ərdoğan Bayraktar barəsində göndərilmiş təqdimatın əslində yanvarın 3-də Türkiyə Böyük Millət Məclisinin katibliyinə daxil olduğu üzə çıxıb.

Lakin təqdimat bu günə qədər parlamentin müzakirəsinə çıxarılmayıb. Məlum olub ki, həbs olunan İran əsilli azərbaycanlı qızıl taciri Rza Zərrabdan milyonlarla dollar rüşvət aldığı bildirilən Avropa işləri üzrə nazir Egemen Bağış barəsində müvafiq təqdimat göndərilib.
10.01.2014  -  Dörd nazirin həbsinə dair təqdimat parlamentdə gizlədilir
Təqdimata əlavə olaraq həmin nazirlərin korrupsiya və rüşvətə bulaşdıqlarına dair çoxsaylı dəlillərdən ibarət 26 disk də parlamentə göndərilib. Bu disklərdə nazirlərin uşaqlarının ev və iş yerlərində aparılan axtarışlar zamanı tapılan və onların özlərinin də rüşvət əməlinə qarışdıqlarını təsdiqləyən dəlillər yer alır.

Həmçinin parlamentə nazirlərin telefon danışıqlarının mətni, onların özlərinin və yaxınlarının izlənilməsi nəticəsində toplanmış digər dəlillər də var.






Fikirlər