Samir Şərifov nəyi gözləyir?- MTN-NİN "TALANÇILIQ DOSYESİ" PROKURORLUĞA GÖNDƏRİLMİR
Hələ bir müddət əvvəl Gununsesi.info Maliyyə Nazirliyinin ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Eldar Mahmudov dönəminin maliyyə fəaliyyətinin yoxlaması və külli miqdarda mənimsəmə faktları aşkarladığı barədə xəbər yayıb. Xatırladaq ki, həmin xəbərdə Eldar Mahmudovun və onun dəstəsinin büdcə vəsaitlərini talan edərək, hər il 7-8 milyon manat vəsaiti mənimsəməsindən söhbət açılır. Belə ki, nazir dövlət büdcəsindən mənbələrin saxlanması, paytaxtda mənbələrlə görüş üçün kirayə mənzillərin tutulması, MTN-nin nəzarətindəı olan jurnalistlərin və QHT rəhbərlərinin “paket” maaşlarının 3-4 dəfə azaldılması faktları ortaya çıxıb.
Hələ 20 gün öncə Maliyyə Nazirliyinin yoxlamaları başa çatsa da nədənsə nazirlik susmağa üstünlük verir. Maliyyə Nazirliyinin büdcə vəsaitlərinin talanması ilə bağlı faktları Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim edəcəyi gözlənilsə də hələlik, bu baş verməyib. Məsələyə münasibət öyrənmək üçün cəhdlərimizə baxmayaraq, adıçəkilən qurumdan münasibət öyrənə bilmədik.