Həbsdəki MTN polkovnikinin “Galenvagen”i yararsız hala salındı -QISAS
Hazırda həbsdə olan ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəis müavini Sahib Ələkbərova məxsus “Mersedes Galenvagen” paytaxt küçələrinin birində yararsız hala salınıb. Bu barədə məlumatlandıran mənbənin sözlərinə görə, Sahib Ələkbərova məxsus avtomobili həbsindən sonra oğlu idarə edirmiş. Avtomobili küçədə park edən MTN polkovnikinin oğlu qayıdanda maşının üzərinə müxtəlif boyalar atıldığını görüb. Olaydan şok yaşayan polkovnik oğlu həmçinin, avtomobilin qapı və qarşı örtüyünün də kəsici alətlə zədələndiyini görüb.