“SOCAR TURKEY”də NƏ BAŞ VERİR? – 27 nəfər işdən çıxarılıb, həbslər var- Yenilənib

1z

“Petkim Petrokimya Holding A.Ş.”-nin müxtəlif departamentlərində çalışan 27 nəfər işdən azad olunub”. 

“APA-Economics” xəbər verir ki, bu barədə “SOCAR Türkiye” şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyevin açıqlamasında deyilir.

V. Əliyev əlavə edib ki, “SOCAR Türkiye” isə müxtəlif departamentlərdə çalışan 4 işçinin müqaviləsinə xitam verərək onlarla yollarını ayırıb.
SOCAR rəhbərliyi Türkiyənin bu çətin günlərdən güclənərək çıxacağına inanır. Biz bütün enerjimizlə Türkiyənin yanında olmaq üçün buradayıq və yatırımlarımıza da davam edəcəyimizi bildirmək istəyirik”, – deyə V. Əliyev bildirib.

1cd1b8320572ab549f9824ec327ebcd6Bu arada “SOCAR Turkey Energy” şirkətinin rəhbərliyində daha bir dəyişiklik olub.
Şirkətin baş direktorunun satınalma üzrə müaviniNatiq Dəmirov işdən çıxarılıb.

Xatırladaq ki, bundan öncə “Petkim Petrokimya Holding A.Ş.”-nin baş direktoru Saadettin Korkut tutduğu vəzifədən istefa verib. Bunun ardınca S. Korkut hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Məsələyə ilə bağlı SOCAR-ın mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nizaməddin Quliyev “APA-Economics”ə açıqlamasında deyib ki, “SOCAR Turkey Energy” şirkətində baş verən kadr islahatları çərçivəsində işdən çıxarılmış başqa rəhbər vəzifəli şəxslər də var: “Onlardan birinin şikayəti əsasında “Petkim Petrokimya Holding A.Ş.”-nin sabiq baş icraçı direktoru Saadettin Korkut hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb”.
S. Korkutu SOCAR-ın Yunanıstandakı törəməsinin (“SOCAR Greece”) rəhbəri işləmiş Anar Məmmədov əvəzləyib. Bu gün saat 12:00-də A. Məmmədov kollektivə təqdim olunub.

—-

petkim“Petkim Petrokimya Holding A. Ş.” neft-kimya kompleksinin baş direktoru Saadettin Korkut saxlanılıb. “APA-Economics” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, eyni zamanda, S. Korkutun evində və iş yerlərində axtarış aparılıb. Həbsdən öncə holdinq rəhbəri tutduğu vəzifədən istefa verib.

Bundan başqa, holdinqin, o cümlədən onunla əlaqəsi olan digər müəssisələrin də rəhbərliyində təmsil olunan bir neçə şəxsin saxlanıldığı iddia olunur.

Ümumilikdə, 200-dən çox şəxs işdən uzaqlaşdırılıb. Onların arasında “SOCAR Turkey Energy” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə bölmənin rəhbəri Ömər Adsız, STAR zavodunun insan resursları üzrə direktoru Fuat Ulagay və onun “SOCAR Turkey Energy”dən olan həmkarı İlqar Mehmetoğlu, “SOCAR Turkey Energy”nin elmi tədqiqat üzrə direktoru Çetin Korkut da istefa verib. Bildirilir ki, onların işdən uzaqlaşdırılmasına səbəb FETÖ ilə əlaqələrinin olmasıdır.

0ad1df1110456669ce6551d0d8a85e42
___Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim (PetroKimya) Holding”in baş direktoru və İdarə Heyətinin üzvü Sadəddin Qorqud dünən vəzifəsindən azad edilib. Bu barədə “Report”a SOCAR-dan bildirilib.

Şirkətdən verilən məlumata görə, S.Qorqudun yerinə SOCAR-ın Yunanıstandakı törəmə şirkətinin (“SOCAR Greece”) icraçı direktoru Anar Məmmədov təyin edilib.
Bu gün yerli vaxtla saat 12:00-da Anar Məmmədov “Petkim Holding” kollektivinə təqdim olunacaq.
SOCAR-dan bildirilib ki, “SOCAR Turkey”də baş verən kadr islahatları çərçivəsində işdən çıxarılan başqa şəxslər də var: “Məhz onlardan birinin şikayəti əsasında “Petkim Holding” keçmiş baş direktoru Sadəddin Qorqud saxlanılıb”.
Petkim-Anar-M-300x169Qeyd edək ki, bundan əvvəl Anar Məmmədov “SOCAR Energy Greece” şirkətinin icraçı direktoru vəzifəsində çalışıb. O, bu vəzifədə 2014-cü ildən çalışıb. “SOCAR Energy Greece” şirkətindən əvvəl isə A.Məmmədov “SOCAR Georgia Gas Ltd”, “Arxiel Carbonexis Ltd”, şirkətlərində baş icraçı direktor, “Millio İnternational Ltd” şirkətində isə regional direktor vəzifəsində çalışıb. A. Məmmədov Bakı Dövlət Universitetinin hüquq fakültəsində, Oksford Universitetinin Neft Çalışmaları üzrə Kollecində təhsil alıb.

socar_star_rafineri_logo“SOCAR Turkey” bəzi KİV-də şirkətdə bir sıra şəxslərin tutduğu vəzifədən azad edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Şirkətdən “Report”a bildirilib ki, “SOCAR Turkey”də baş verən kadr islahatlarının qardaş ölkədə dövlət çevrilişinə cəhdin ardınca başlanan işdən çıxarılmalar və həbslərlə heç bir əlaqəsi yoxdur.
Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişi cəhdindən dərhal sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi qardaş ölkəyə dəstəyini ifadə edib. Belə ki, SOCAR prezidenti Rövnəq Abdullayev “Anadolu” agentliyinə müsahibəsində şirkətin Türkiyəyə güvəninin tam olduğunu, bu ölkədəki bütün yatırımlar və layihələrin tam sürəti ilə davam etdiriləcəyini vurğulamışdı. Rövnəq Abdullayev qeyd edib ki, SOCAR Türkiyədə həyata keçirdiyi ümumi məbləği 18 milyard dollardan çox olan və aralarında Avropanın enerji ehtiyacını qarşılayacaq investisiyaların da olduğu layihələri tam gücü ilə, bütün sürəti ilə davam etdirəcək, Türkiyədə özəl sektorun inşa etdiyi ilk neft emalı zavodu olan “STAR” da 2018-ci ildə tamamlanaraq istehsala başlayacaq”, – deyə “SOCAR Turkey”dən bildirilib.
Həmçinin qeyd olunub ki, SOCAR-ın Sərmayələr İdarəsinin rəisi, “SOCAR Turkey”in İdarə Heyətinin sədri Vaqif Əliyev də “Anadolu” agentliyinə açıqlamasında təmsil etdiyi şirkətin Türkiyədə birbaşa və dolayısı ilə 40 min nəfərlik ailəni təmsil etdiyini bildirib: “Vaqif Əliyev qeyd edib ki, logistika sahəsində də Egey bölgəsinin ən böyük konteyner limanı SOCAR tərəfindən çox qısa müddət ərzində istifadəyə veriləcək. Vaqif Əliyev bəyan edib ki, şirkətin Türkiyənin yeganə neft-kimya istehsalçısının “Petkim”dəki fəaliyyəti də qardaş ölkəyə və onun iqtisadiyyatına etibarın simvoludur. Ümumilikdə, SOCAR rəsmiləri öz bəyanatlarında vurğulayıblar ki, hərbi çevriliş cəhdləri bütün demokratik ölkələr üçün qətiyyən qəbuledilməzdir. Şirkət rəsmiləri Türkiyə Respublikası hökuməti və milləti ilə birlik və bərabərlik içində dost və qardaş ölkənin daha böyük uğurlara çatacağına ürəkdən inandıqlarını vurğulayıblar”.
“SOCAR Turkey” KİV-də şirkətin ixtisarlar aparmasının səbəbləri ilə bağlı dərc edilən xəbərlərin həqiqəti əks etdirmədiyini vurğulayıb: “Bildiyiniz kimi, bu ilin aprel ayında “SOCAR Turkey” rəhbərliyində dəyişiklik baş verib. Təbii ki, “SOCAR Turkey”in yeni rəhbərliyi tərəfindən şirkətin fəaliyyətinin gücləndirilməsi məqsədi ilə işçi heyətdə müəyyən dəyişikliklərin edilməsi gözləniləndir. Bu məsələ qətiyyən başqa formada şərh olunmamalıdır”.

 






Fikirlər