“Petkim”də DAHA BİR İSTEFA
Türkiyənin “Petkim” neft-kimya kompleksinin satın almalar üzrə direktor müavini Natiq Dəmirov istefa verib. Trend-in məlumatına görə, bu holdinqin rəsmi yaydığı məlumatda qeyd olunub. Daha öncə Direktorlar Şurasının sədri Vaqif Əliyev bildirmişdi ki, iyulun 27-dən etibarən “Petkim” holdinqində (SOCAR-ın Türkiyə aktivi) ayrı-ayrı departamentlərdən 27 nəfər işdən azad edilib. Onun sözlərinə görə, SOCAR Türkiyədə restrukturizasiya prosesi çərçivəsində əvvəlki kimi bu ölkəyə investisiya yatırmağa davam edəcək: “Türkiyədə şirkətin investisiyaları 18 milyard dollar təşkil edir. Bununla da şirkət Türkiyədə ən iri xarici investordur”.