Azərbaycanlı generalın övladları İSLAMI qəbul etdilər - Tolstoyun məktubuna görə

Azərbaycanın ilk hərbi topoqrafı  İbrahim bəy Vəkilovun oğlanları onun təsiri ilə çox yaxşı tərbiyə almış və maarifçilik dünyagörüşü ilə maksimal dərəcədə təmin edilmişdilər.

Qürbətdə yaşamalarına baxmayaraq, onlar vətənə, Azərbayacana çox bağlı idilər. Odur ki, hər ikisi dinlərini dəyişib, müsəlman cəmiyyətinə yaxınlaşmaq fikrinə düşdülər. Amma valideynləri bu istəyin onların gələcək perespektivlərinə sədd çəkəcəyini əsas gətirərək,  buna mane olmağa çalışdı. Xüsusən də, generalın arvadı Yelena çox təşvişə düşdü. Yelena gizli olaraq dövrünün tanınmışlarından olan Lev Tolstoya məktub yazaraq ondan kömək istəyir. Beləliklə, 1909-cu il mart ayının 2-də Tolstoyun yaşadığı Yasnaya-Polyanaya onun adından məktub göndərilir. Yelena böyük yazıçıdan çıxış yolu istəyir: oğlanları İslamı qəbul etsinlər, yoxsa provaslav kimi qalsınlar?

Moderator.az Tolstoyun general arvadına göndərdiyi cavab məktubunu təqdim edir. Böyük yazıçı israrla gənclərin İslam dinini qəbul etmələrini məsləhət görür. Onun cavabı özünü çox gecikdirmir.
 
Qafqaz müsəlmanlarına xüsusi rəğbəti olan Tolstoy 15 mart 1909-cu ildə podpolkovnik, topoqraf İbrahim ağa Vəkilovun xanımına cavab məktubu yazır:
“Oğullarınızın Azərbaycan tatar xalqının maarifləndirilməsinə töhfə vermək arzusunu təqdir edə bilmərəm. O ki, qaldı müsəlmanlığı provaslavlıqdan üstün tutmağa, bu keçidə bütün qəlbimlə hüsn-rəğbət göstərə bilərəm. İnsanın qarşısında iki seçim olsa- kilsə provaslığı, yoxsa İslama etiqad etmək, heç bir ağıllı insan bu seçimdə tərəddüd etməz. Xristianlığın mürəkkəb ibadətlərindənsə vahid Tanrısı və peyğəmbəri olan İslamı seçmək daha yaxşı olar. Başqa cür ola da bilməz. Müsəlmanlığın yüksəkdə durmasına elə bircə müsəlmanlığın xristianlıqdan 600 il sonra yaranması və nəticədə bu ən səmərəli vəziyyətdə qərar tapması kifayətdir. Bu din öz təlimlərindən səthi şeyləri atsa Məhəmməd peyğəmbərin təliminə uyğun getsə, ən böyük dinlərdən olacaqdır. Sizə ona görə belə uzun-uzadı yazıram ki, mənim bu fikirlərimi öz oğullarınıza çatdıracağınızı və bu fikirlərin onlara öz gözəl niyyətlərini həyata keçirməkdə lazımlı olacağını düşünürəm. Məsləhətim nəyəsə yarasa, siz və oğullarınız öz qərarları və bundan sonrakı fəaliyyətləri barədə məni xəbərdar etsələr çox şad olaram”.






Fikirlər