03.05.2014. - Bakı polisi gecə gücləndirilmiş iş rejiminə keçdi - Usubovdan xüsusi göstəriş

03.05.2014. -  Bakı polisi gecə gücləndirilmiş iş rejiminə keçdi - Usubovdan xüsusi göstərişHazırda Bakı ərazisində polis gücləndirilmiş iş rejimində çalışır.
Gecə saatlarında yol polisi əməkdaşlarının fəallığı və patrulu gücləndirdiyi hər addımda hiss olunur.


Növbədə olan yol polislərindən birinin verdiyi məlumata görə, bu gün Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib və həmin iclasda nazir Ramil Usubov qəti tapşırıqlar verib: “Nazir sərxoş sürücülərə və avtoşlara heç bir halda güzəşt edilməməsi barədə ciddi göstəriş var. Başqa hər hansı yol hərəkəti qaydası pozmağa güzəşt oluna bilər, amma sərxoşluq və sürət həddinin artırılması, avtoşluq dərhal və qəti şəkildə cəzalandırmaq barədə göstəriş almışıq”, - deyə polis əməkdaşı bildirib.
Sərxoş sürücünün və ya avtoşun dərhal həbsi, sürücülük hüququndan məhrum edilməsi birmənalıdır: “Tapşırıq verilib ki, kimliyindən asılı olmayaraq, dərhal tədbir görək”. Əməkdaşımız yol polisinin sürət həddini azacıq da olsa qaldıran sürücülərin arxasınca dərhal hərəkətə keçdiyi, sərxoşluğu şübhə doğuran sürücünün isə dərhal saxlanıldığını müşahidə edib. Polis bəzən saxladığı sürücünün sənədini də yoxlamır, sadəcə, sərxoş olub-olmadığını müəyyənləşdirərək, ona uyğun addımlar atır. Maraqlıdır ki, əməkdaşımız yol polislərinin bir yerdə dayanmadığı və saxladığı sürücü ilə ənənəvi olaraq uzun-uzadı danışmadığı, müzakirə açmadığını və çox vaxt itirmədiyini də müşahidə edib






Fikirlər