İcra babçısı ilə gömrük məntəqəsinin rəisi əlbayaxa oldu - Qazaxda insident

bitmap-img6

Qazaxın icra başçısı Rəcəb Babaşovla “Qırmızı körpü” gömrük keçid məntəqəsinin rəisi Mehman Sadıqov arasında mübahisə əlbayaxa davaya çevrilib.

Hadisənin Qazax rayon İcra Hakimiyytinin binasıda baş vediyi qeyd olunur.

 

İnsidentlə bağlı Anaxeber.az-a məlumat verən mənbə bildirib ki, hadisə ölkə prezidenti İlham Əliyevin bölgəyə səfrindən bir gün sonra baş verib. 
Mənbə bildirib ki, Prezidentin səfərindən sonra Qazax rayon İcra Hakimiyytinin başçısı Rəcəb Babaşov “Qırmızı körpü” gömrük keçid məntəqəsinin rəisi Mehman Sadıqovu yanına çağırıb. İcra başçısının kabinetində baş tutan görüş zamanı Rəcəb Babaşov Mehman Sadıqovdan Qazaxda abadlıq işlərinin aparılması üçün vəsait tələb edib. Eyni zamanda icra başçısı abadlıq işlərinə ayrılacaq vəsaitdən başqa hər ay özü üçün 10 min manat istəyib. 
Mənbə bildirir ki, başçının bu tələbi qarşısında Mehman Sadıqov bildirib ki, “Qırmızı körpü” gömrük keçid məntəqəsinin qeyri-rəsmi gəlirləri hər gün sənədləşdirilir və bu gəlirlərin hesabatı lazımı yerlərə çatdırılır. Ona görə də Rəcəb Babaşov bu məsələ ilə bağlı ona yox, rəhbərliyə müraciət etməlidir. Əgər rəhbərlik icazə verərsə, onda heç bir problem olmaz. 
Rəcəb Babaşov isə öz növbəsindən hər gün “Qırmızı körpü” gömrük keçid məntəqəsinin işçilərinin rəhbərlikdən gizli həyata keçirdikləri “əməliyyatlardan” bəhs edərək bildirib ki, bu məsələ onların ikisinin arasında qalmalıdır və rəhbərlik bundan xəbər tutmamalıdır. Bundan sonra isə ikili arasında mübahisə yarandığı və mübahisənin əlbəyaxaya çevrildiyi bildirilir. Səs-küyə görə içəri girən başçının göməkçisi isə gördüyü vəziyyətdən çaşıb. Əlbəyaxa olan başçı ilə gömrük rəisinin arasına girən köməkçi onları ayırıb. Bundan sonra başçının kabinetini tərk edən Mehman Sadıqov çıxışda bu məsələnin Rəcəb Babaşova ağır başa gələcəyini bildirib.

 






Fikirlər