Bakıxanovda yaşıl soyqırım - FOTOLAR

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində sakinlər tərəfindən salınan yaşıllıq məhv edilib. 

Bu barədə Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi, ev 4/16 ünvanındakı binanın sakinləri AzToday.az məlumat veriblər. Redaksiyamıza daxil olan şikayətdə deyilir ki, sakinlər 1992-ci ildə binanın baş tərəfindən şəkillərdən gördüyünüz şam agaclarını əkmişlər. 

3-4 gün əvvəl sakinlər tərəfindən salınan yaşıllıq ərazi dəmir çəpərə alınaraq, şam agacları qırılıb və tikinti işlərinə başlanılıb. Sakinlər iddia edir ki, tikintinin heç bir sənədi yoxdur. Buna baxmayaraq, gediş-gəlişlərinə ciddi maneə yaradan tikinti işlərindən müvafiq qurumlara, konkret Sabunçu rayon İcra Hakimiyyətinə, Polisə, Ekologiya İdarəsinə və Fövqəladə Hallar Nazirliyinə şikayətlər ediblər. Maraqlıdır ki, şikayətlərə operativ cavab verən müvafiq qurumların nümayəndələri əraziyə baş çəkib, ancaq tikinti işlərini aparanlara mane olmayıblar. Bu da haqlı olaraq sakinlərdə həmin qurumları təmsil edən şəxslərin həmin tikintini aparan adamdan rüşvət aldığı qənaətini yaradıb. 

Əks təqdirdə tikintiyə mane olacaqdılar. Çünki yaşayış binasına bitişik tikintinin aparılmasına Azərbaycan qanunvericiliyi icazə vermir. Ən yaxşı halda qanunlar tikintinin yaşayış binasından 20 metr aralıda aparılmasına imkan verir ki, Bakıxanov qəsəbəsində bu şərtə əməl olunmayıb.

Üstəlik, sakinlərin min bir əziyyətlə əkib -yetişdirdiyi şam agaclarının da qırılmasına əraziyə baş çəkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri qanuni don geyindirə bilməz.

Sakinlərin şikayəti ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu verdik. Qurumdan bizə bildirdilər ki, sorğu araşdırılıb, cavab veriləcək 






Fikirlər