Nazirlik daha 407 sahibkarın ölkədən çıxışına qadağa qoydu –Səbəb
Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adını açıqlayıb. Nazirlikdən verilən məlumata görə, 7 noyabr tarixinə vergi borcu olduğuna görə 407 şəxsin ölkədən çıxması qadağan edilib. Ümumilikdə bu şəxslər arasında xarici ölkələrin 5 vətəndaşı da var. Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.