İlham Rəhimov və dostları milyardlıq var-dövləti ələ keçirmək istətir?

167611_res_01

Rusiyanın İstintaq Komitəsi əslən Azərbaycanın “Qırmızı qəsəbə”sindən olan Roman və Solomon Manaşirov qardaşlarının 1 milyard dollardan çox dəyəri olan aktivlərinə həbs qoyulması barədə vəsadət qaldırıb.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, məhkəm bu vəsadəti təmin edib və biznesmenlərin əmlakına istintaq başa çatana qədər həbs qoyulması barədə qərar çıxarıb.

Solomon Manaşirov Rusiyadan qaçıb və hazırda İsraildə gizlənir. Ona qarşı vergidən yayınma və çirkli pulların yuyulması ittihamları ilə cinayət işi qaldırılıb, barəsində beynəlxalq axtarış elan edilib. Solomonun qardaşı Roman Manaşirov isə vəzifəli şəxsə rüşvət vermək, çirkli pulları leqallaşdırmaq və mütşəkkil cinayətkar qruplaşma yaratmaq ittihamları ilə həbsdədir.

Məhkəmənin qərarına əsasən biznesmenlərə məxsus “Armada” ticarət mərkəzinə və Solomon Manaşirovun şirkətlərinin digər aktivlərinə həbs qoyulub. Bundan əlavə biznesmenin ailəsinin Rublyovkada yerləşən şəxsi əmlakı, “Kolambus” ticarət məkəzi və digər aktivlər də həbs qoyulan əmlak sırasındadır. İstintaq həmin aktivlərin nə dərəcədə qanuni yollarla əldə edildiyini araşdırır.
Roman və Solomon Manaşirov qardaşları 20-dən çox şirkətin təsisçiləridir. Onlar Rusiyanın daşınmaz əmlak kralları arasında yer alırdı. Manaşirovların aktivlərinə “Prajskiy passaj” ticarət mərkəzi, “Gem” ticarət-sərgi kompleksi, “Karenfor” ticarət mərkəzi və bir çox digərləri də aiddir. Hesablamalara görə onların həbs qoyulan əmlakının ümumi dəyəri 1 milyard dollardan çoxdur.

Manaşirov qardaşlarına qarşı təqiblər ötən ildən başlayıb. Əvvəlcə  Roman Manaşirov ötən ilin payızında istintaqa rüşvət verdiyinə görə həbs edilib. O, vyetnamlıları qul kimi işlətməkdə ittiham edilərək həbs olunan Januko Rafalovu həbsdən çıxarmaq üçün rüşvət vermişdi. Januko Rafailov da Qırmızı qəsəbədəndir, Telman İsmaylovun keçmiş ortağıdır, habelə Manaşirovla yaxın münasibətlərə malikdir. Bu ilin yazında isə Solomon Manaşirova qarşı cinayət işi qaldırlıb. Lakin o daha cəld tərpənərək Rusiyadan qaçıb.

Belə məlumatlar var ki, əslində Manaşirov qardaşlarının sıradan çıxarılmasının səbəbi onların bizneslərini əllərindən almaq məqsədi güdür. Rusiya biznes mediası bir müddət əvvəl “Columbus” ticarət mərkəzinin satışa çıxarıldığını yazmışdı. haqda xəbərlər var.Görünür kimlərsə Manaşirov qardaşlarının əmlakını ucuz qiymətə ələ keçirmək istəyir
KİV-lər yazırlar ki, sahibləri “Columbus” ticrət mərkəzinə 500 milyon dollar qiymət qoyublar. Obyektin bazar dəyəri isə təxminən 400 milyon dollardır. Obyekti almağa “Morgan Stanley” bankı maraq göstərir. Lakin “Kommersant” xəbər verib ki,“Columbus”u almaq istəyən başqaları da var. Bunlar Qırmızı qəsəbədən olan digər yəhudi oliqarxlar-Qod Nisanov və Zarah İliyev, habelə onların ayrılmaz ortaqları, prezident Putinin tələbəlik dostu İlham Rəhimovdur.

1415950525_lham-3 (1)

Nisanov, İliyev və Rəhimov da Moskvanın daşınmaz əmlak kralları siyahısındadır, onların çoxsaylı obyektləri var. Bura ticarət mərkəzləri, otel, bazarlar və digərləri daxildir. İstisna edilmir ki, bu “üçlük” Kremldəki güclü əlaqələri sayəsində Manaşirov qardaşlarının obyektlərini ucuz qiymətə ələ keçirməyə çalışır.

Bu ilin iyul ayında kriminal aləmin “kralı” hesab olunan “Şakro Molodoy” həbs olunanda Manaşirovların işinə daha bir epizod əlavə olundu. Məlum oldu ki, “Şakro Molodoy” Manaşirov qardaşlarının mütəşəkkil qruplaşmasının güc qanadını təşkil edir.
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin müstəntiqləri “Şakro Molodoy”un Roman və Solomon Manaşirov qardaşlarına “krışalıq” etdiyini, onların formalaşdırdıqları mütəşəkkil qruplaşmanın güc qanadı olduğu qənaətinə gəliblər.
FTX əmindir ki, Rusiya İstintaq Komitəsinin bir sıra korrupsioner müstəntiqləri “Şakro Molodoy”la əlbir olub. Öz növbəsində “Şakro Molodoy” Moskvadakı “Şirvan qruplaşması”nın liderləri hesab olunan Roman və Solomon Manaşirovlarla bağlıdır, onların “krışası” və bir növ güc qanadı idi.

Bildirilir ki, Manaşirovlar iri biznesmenlərə əvvəl problem yaradır, sonra isə problemi həll edirmiş. “DİN və İstintaq Komitəsindən olan güc strukturları əməkdaşlarının köməyi ilə biznesmenlərə qarşı yoxlamalar təşkil olunurdu, yaxud onlara qarşı cinayət işləri qaldırılırdı. Güc strukturlarının əməkdaşları bundan sonra biznesmenləri həbs edirdi, sonra Manaşirovlar onlarla əlaqəyə girirdi və kömək təklif edirdi. Problemi pulla həll edə biləcəyini deyirdi. Qalanı isə ancaq texniki iş idi. Manaşirovlar deyirdi ki, onların DİN və İstintaq Komitəsində güclü əlaqələri var, iri məbləğdə rüşvət verib məsələni həll etmək olar”-FTX-dəki mənbə deyib.

Əgər Manaşirovların partnyorlarla hansısa münaqişəsi yaranırdısa və qurban təklif olunan məbləği ödəmək istəmirdisə, problemi güc strukturlarındakı tanışların köməyi ilə həll etmək mümkün olmurdusa işə “Şakro” qarışırdı.

 






Fikirlər