Mədət Quliyev daha bir kadrını DTX-ya gətirdi - Polkovnik rəis təyin edildi

 

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev kadr islahatını davam etdirir.
 AzerTaym.az bildirir ki, Mia.az-a daxil olan xəbərə görə, M.Quliyev bir müddət öncə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi vəzifəsindən öz ərizəsi ilə azad edilən ədliyyə polkovniki Rafiq Ramazanovu DTX-ya gətirib. Bundan sonra R.Ramazanovun DTX-da şöbə rəisi kimi fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, R.Ramazanov M.Quliyevin kadrlarından hesab olunur. R.Ramazanov M.Quliyevin rəis olduğu dönəmdə Penitensiar Xidmətin tərbiyə işinin təşkili idarəsinin rəisi vəzifəsində çalışırdı. Hətta Mədət Quliyevin əmri ilə Penitensiar Xidmətin Baş İdarəsinin rəis müavini vəzifəsinin icrası da Rafiq Ramazanova həvalə edilmişdi.
2016-10-11-18-57-27rafiq-ramazanov.jpg (300×200)






Fikirlər